Valbuena "Fənərbağça" ilə müqavilə bağladı

Türkiyənin "Fənərbağça" klubu Matye Valbuena ilə müqavilə imzalayıb. Fransalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib. İstanbul təmsilçisi bu transfer üçün futbolçunun son klubu "Lion"a 1.5 milyon avro ödəyib. 33 yaşlı futbolçu yeni komandasında 28 nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2 il çıxış etdiyi "Lion"da 56 oyunda 9 qol vurub. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31