Daxili İşlər Nazirliyinin bir qrup zabitinin rütbələri artırıldı
29 İyun 2017 16:22 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Arzu Arif oğlu Daşdəmirova
polis polkovniki Emil Ramil oğlu Usubova
polis polkovniki Oqtay Əsgər oğlu Kərimova
polis polkovniki Səfər Hüseyn oğlu Əliyevə".
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31