Ərdoğan Almaniyada həmvətənləri qarşısında çıxış etmək istəyir, qarşı tərəf isə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı Almaniyada yaşayan həmvətənləri qarşısında çıxış etmək niyyətindədir. Bunu Rusiyada səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nazir qeyd edib ki, Almaniya tərəfi iyunun 28-də Ankaradan müvafiq rəsmi sorğu alıb.
29 İyun 2017 16:11 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı Almaniyada yaşayan həmvətənləri qarşısında çıxış etmək niyyətindədir. Bunu Rusiyada səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nazir qeyd edib ki, Almaniya tərəfi iyunun 28-də Ankaradan müvafiq rəsmi sorğu alıb.
Z.Qabriel bildirib ki, belə iri tədbir zamanı polisin təhlükəsizliyi təmin etmək üçün kifayət qədər imkanı olmayacaq: "İkincisi isə mən açıq şəkildə dedim ki, fikir ayrılığı fonunda bunu etmək qeyri-münasib addım olardı". Trend.az