"Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir"
"Ermənistan Azərbaycan dövlətinə qarşı bütün terror növlərini, o cümlədən ekoloji, mədəni, humanitar terror törətməklə bu gün dəyəri milyard dollarla ifadə olunan ziyan vurub. Təəssüf ki, Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir və bu istiqamətdə fəaliyyətini davam etdirir". Bunu SİA-ya açıqlamasında bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı qurumun komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
29 İyun 2017 16:25 SiyasətMilli Məclisin deputatı Sahibə Qafarova AŞPA sessiyasında Ermənistan dövlətinin işğalçılıq siyasətindən danışıb
"Ermənistan Azərbaycan dövlətinə qarşı bütün terror növlərini, o cümlədən ekoloji, mədəni, humanitar terror törətməklə bu gün dəyəri milyard dollarla ifadə olunan ziyan vurub. Təəssüf ki, Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir və bu istiqamətdə fəaliyyətini davam etdirir". Bunu SİA-ya açıqlamasında bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı qurumun komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
"Avropanın terrorizmlə mübarizəsi: uğurlar və uğursuzluqlar" mövzusunda çıxış edən S.Qafarova deyib ki, dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən başlıca amillərdən biri də etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir ki, burada da milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır: "Şübhəsiz, müasir dövrdə beynəlxalq münasibətlərin inkişafına, xalqlar və milli dövlətlər arasında əməkdaşlığın güclənməsinə və təhlükəsizliyə ən böyük təhdidlərdən biri terrorizmdir. Bu məsələ bütün xalqlar və dövlətlər üçün aktual səciyyə daşıyır".
Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu söyləyən Sahibə Qafarova əlavə edib ki, bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. "Ermənistan terror təşkilatları tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, Ermənistan Azərbaycan dövlətinə qarşı ekoloji, mədəni, humanitar terror törətməklə bu gün dəyəri milyard dollarla ifadə olunan ziyan vurub. Təəssüf ki, Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ona görə də rəsmi Bakı beynəlxalq ictimaiyyəti ölkəmizin suverenliyinə, xalqımızın təhlükəsizliyinə, o cümlədən regionun inkişafına qarşı ciddi təhlükə mənbəyinə çevrilən erməni terrroruna qarşı adekvat və real mübarizənin aparılmasının vacibliyini gündəmə gətirir və beynəlxalq ictimaiyyəti bu prosesə töfhə verməyə çağırır", - deyə AŞPA-nın komitə sədri qeyd edib.
Azərbaycanın beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa fəal qoşulduğunu xatırladan millət vəkilinin sözlərinə görə, terrorizmə qarşı mübarizəyə dair bütün beynəlxalq sənədlərə imza atan Azərbaycan bu sahəyə dair daim məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Azərbaycan sülhməramlıları Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgərlərlə çiyin-çiyinə xidmət göstərmiş, beynəlxalq təhlükəsizliyin təmin olunmasına öz töfhəsini vermişdir.
"Beynəlxalq arenada qeyri-dövlət aktorları olan beynəlxalq terrorçu qruplaşmalar, hərbi separatçı hərəkatlar, etnik və dini ekstremizm, mütəşəkkil cinayətkarlıq şəbəkələri hazırda bütün dünya ictimaiyyətini ciddi şəkildə təhdid etməkdədir. O cümlədən, Avropanın müxtəlif şəhərlərində son dövrlər baş verən dəhşətli terror hadisələri hamımızı kədərləndirdi. Amma baş verənlər bir həqiqəti də açıq şəkildə ortaya qoydu ki, nə qədər güclü imkanlara malik olursan ol, nə qədər ciddi təhlükəsizlik tədbirləri görülsə də heç kəs terrordan sığortalanmayıb. Baş vermə səbəbləri və motivlərindən asılı olmayaraq, terror aktı bəşəriyyətə qarşı cinayət əməli kimi qiymətləndirilir.
Bizi narahat edən digər bir məsələ isə dinlərin terrorizmlə əlaqələndirilməsidir. Bu qətiyyən yolverilməzdir. Bütün dinlər müqəddəsdir və dinlər dünyada, sabitliyə, ədalətə, sülhə çağırır. Onsuz da kifayət qədər həssas olan indiki məqamda dinlərin terror təşkilatları ilə əlaqələndirilməsi dünyada, o cümlədən Avropada gərginliyi daha da artırır. Kimlərisə günahlandırmaqla mövcud şəraitdən xilas olmaq mümkün deyil. Əlbəttə, biz çox istərdik ki, bu gün burada Avropanın terrorizm sahəsində qazandığı uğurlardan danışaq. Amma təəssüf ki, burada da qeyd etdiyimiz kimi, son bir neçə ildə müşahidə etdiklərimiz, yüzlərlə, minlərlə insanın həyatına son qoyan, dövlətlərimizin iqtisadiyyatını sarsan ciddi terror hadisələrinin yaşanması qazanılan hansısa nailiyyətə kölgə sarır. Terrorizm hazırda o səviyyədə təhdid ünsürünə çevrilib ki, onunla mübarizə konkret milli dövlətin, aktorun, ya da bir təşkilatın öhdəsinə buraxıla bilməz. Birinci və hətta həyati əhəmiyyət kəsb edən mübarizə yolu əməkdaşlıqdır", - deyə millət vəkili Sahibə Qafarova vurğulayıb.