Universitetlərin fəaliyyəti necə kommersiyalaşacaq?

Son vaxtlar ali təhsil müəssisələrinin yenidən təşkili, onların kommersiyalaşması əsas diqqət mərkəzində olan məsələlərdəndir. Hətta dövlət başçısı bir neçə ali təhsil müəssisəsinin yenidən təşkili ilə bağlı sərəncam da imzalayıb.  Bu gün isə təhsili naziri bildirib ki,  universitet və elmi tədqiqat institutları innovativ olmağa çalışır. Nazir əlavə edib ki, universitetlərin fəaliyyətinin kommersiyalaşdırılması da vacibdir.

Rövşən Ağayev: "Bazasında nəhəng kadr və maliyyə resursları dayanmayan universitetlər innovativ ola bilməz"

Son vaxtlar ali təhsil müəssisələrinin yenidən təşkili, onların kommersiyalaşması əsas diqqət mərkəzində olan məsələlərdəndir. Hətta dövlət başçısı bir neçə ali təhsil müəssisəsinin yenidən təşkili ilə bağlı sərəncam da imzalayıb.  Bu gün isə təhsili naziri bildirib ki,  universitet və elmi tədqiqat institutları innovativ olmağa çalışır. Nazir əlavə edib ki, universitetlərin fəaliyyətinin kommersiyalaşdırılması da vacibdir.

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, universitetlərin innovativ olması üçün həm də innovasiyalara böyük resurslar xərcləmək lazımdır. O, bildirib ki,  Azərbaycanda hər il "elmi-tədqiqat" maddəsi altında xərclənən 70-75 milyon dolların ən yaxşı halda 7-8 milyon dolları universitetlərin payına düşür: "Bazasında nəhəng kadr və maliyyə resursları dayanmayan universitetlər innovativ ola bilməz. Bu gün inkişaf etmiş ölkələrdə inkişaf və araşdırma (R&D) xərclərinin ÜDM-də payı 3-4 faiz təşkil edir ki, bu xərclərin də ayrı-ayrı ölkələrdə orta hesabla 15-20 faizi universitetlər vasitəsilə xərclənir. Azərbaycanda bütün sektorlar üzrə R&D xərclərinin ÜDM-də payı 0.2 faizdirsə və bunun da ən yaxşı halda onda biri universitetlərin hesabınadırsa, mənzərə tamamən aydın olur". Bəs universitetlərin fəaliyyəti necə kommersayalaşdırılır?. İqtisadçı deyir ki,  bu fəaliyyət üçün ilk növbədə universitetlərin elə məhsulları olmalıdır ki, iqtisadiyat üçün bunun dəyəri olsun, universitetlərin aldığı patentlərin sayı sürətlə artsın, iqtisadiyyatın işi bu məhsullarsız keçməsin - o zaman universitetlərin fəaliyyəti avtomatik kommersiyalaşcaq: "Beynəlxalq təcrübədən bu məsələ ilə bağlı bəzi maraqlı nümunələrə baxanda durumumuzu və səslənən bəyantların nə dərəcədə reallığı əks etdirdiyini daha aydın görmək olur. ABŞ dünyada elmi-tədqiqata ən nəhəng vəsait yatıran ölkədir - dünya üzrə bütün xərclərin təxminən 27 faiz-i bu ölkənin payına düşür. 520 milyard dollara yaxın elmi-tədqiqat xərclərinin təxminən 15 faizi məhz universitetlərin hesabına təmin edilir. Amma ABŞ-da bu vəziyyətin yaranmasının səbəbi (motivi) bəyanatlar olmayıb - bünövrəsində ciddi institusional dəyişiklər dayanan mexanizmlərin qurulması olub. 1980-ci ildə ölkədə Bayh-Dole Aktı qəbul edilib və bu sənədə görə universitetlərə öz fəaliyyətlərini kommersiyalaşdırmağa imkan verən şirkətlər qurmaq üçün geniş fürsətlər yaradılıb. Sənədin qəbulundan keçən qısa müddət ərzində ABŞ universitetlərinin nəzdində 250 min nəfərədək kontingentin çalışdığı 2000-dən artıq kompaniya fəaliyyətə başladı. Bayh-Dole Aktının qəbuluna qədər bütün universitetlərin il ərzində qeydiyyata aldırdıqları patentlərin məcmu illk sayı 250-ni ötmürdüsə, 1982-ci ildə bu rəqəm 1500-ə yüksəldi, hazırda 5000 ətrafındadı. Yaxud 80-ci illərin sonlarında bütün ABŞ universitetlərinin lisenziya gəlirləri 70-80 milyon dolları ötmürdüsə, indi 2 milyard dollara yaxınlaşır. Mıhz Bayh-Dole aktı universitetlərin innovativ fəalliyyənin kommersiyalaşdırılmasını instititusionallaşdırdı. Maraq üçün deyim ki, ABŞ-da iqtisadiyyatda tətbiq olunan ən uğurlu kəşflərinin təxminən 80 faizi məhz universitetlərin hesabına baş verir. Bizdə son 10 ildə universitetlərin fəaliyyətinin nəticəsi olan 10 hansısa yeniliklə hansı mənbədən tanışlıq mümkündür? Və ya son 10 ildə nə qədər patent alınıb və onların hansı hissəsi universitetlərin payına düşür? Bir vacib məqamı da deyim ki, hazırda dünyada universitetlər 3 təsnifat üzrə sistemləşdrilir: 1.0, 2.0 və 3.0 statusa malik universitetlər. 1.0 - bu universitetlərin yalnız tədrislə məşğul olduğunu, 2.0 tədris və araşdırmaların paralel olduğunu, 3.0 universitetdə tədris və araşdırmaların mövcudluğu ilə yanaşı həm də universitetlərin fəaliyyətinin kommersiyalaşdırıldığını əks etdirir. Azərbaycanın təhsli naziri birbaşa 3-cü mərhələdən danışır - universitetlərin fəaliyyətinin kommersiyalaşdırılmasından. Halbuki hazırda Azərbaycan universitetləri 1-ci mərhələdədir - yalnız tədrislə məşğuldur. İndi bizim qarşımızda 2-ci mərhələ dyanır - universitetləri tədris və araşdırma mərkəzlərinə çevirmək". Rövşən Ağayevin sözlərinə görə,  dünya təcrübəsi göstərir ki, universitetlərin də aparıcı həlqələrdən birinə çevrildiyi elmi-tədqiqat proseslərinin yüksək səviyyəyə çatmadığı ölkədə bilik iqtisadiyyatı qurmaq mümkün olmur: "Məsələn, ABŞ-da araşdırma və inkişaf xərcləri Rusiya ilə müqayisədə 10 dəfə çoxdur. Bunun nəticəsində ABŞ-da "bilik iqtisadiyyatı" məhsullarının ÜDM-də payı 45 faiz, Rusiyada 15 faiz ətrafındadır. Yaxud yüksək texnoloji məhsulların ölkə ixracında payı Rusiya üzrə 2, Cənubi Koreyada 27 faiz təşkil edir. Yeri gəlmişkən, Cənubi Koreya da elmi arasdırma xərclərinin ÜDM-də payına görə dünyada ən yüksək paya malik ilk 10 ölkə sırasındadır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31