Səlcuq Şəhbazi: “Məhərrəm Qasımlı “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə çalışır”
İran Aşıqlar Birliyinin sədri Səlcuq Şəhbazi tərəfindən redaksiyamıza Azərbaycan Aşıqlar Birliyinə qarşı ittihamlarla dolu müraciət daxil olub. Müraciətdə bildirilir ki, Azərbaycan Aşıqlar Birliyinə yeni təyin olunan sədr Məhərrəm Qasımlı “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə çalışır: “Biz İranda çox böyük çətinliklə Aşıqlar Birliyi yaradanda sevinirdik ki, Azsərbaycan Aşıqlar Birliyi bizə dəstək olacaq, əl-ələ verib birlikdə bu sənəti qabağa aparacağıq.
29 İyun 2017 15:17 MədəniyyətMəhərrəm Qasımlı: "Onun Arazın bu tayında nə işi var?"
İran Aşıqlar Birliyinin sədri Səlcuq Şəhbazi tərəfindən redaksiyamıza Azərbaycan Aşıqlar Birliyinə qarşı ittihamlarla dolu müraciət daxil olub. Müraciətdə bildirilir ki, Azərbaycan Aşıqlar Birliyinə yeni təyin olunan sədr Məhərrəm Qasımlı "burda mənəm Bağdadda kor xəlifə" prinsipi ilə çalışır: "Biz İranda çox böyük çətinliklə Aşıqlar Birliyi yaradanda sevinirdik ki, Azsərbaycan Aşıqlar Birliyi bizə dəstək olacaq, əl-ələ verib birlikdə bu sənəti qabağa aparacağıq. Axı bu sənət ayrıca bir dövlətə yox, Azərbaycan xalqına məxsusdur və İranda da 30 milyondan çox Azərbaycan türkü yaşamaqdadır və bu tayda aşıqların sayı da qat-qat çoxdur. Bəs nədən Məhərrəm Qasımlı İran Aşıqlar Birliyi ilə münasibət qurub sənət naminə işlər görmək əvəzinə, İrandakı aşıqlar arasında pozuculuq işləri görür? Nədən bizimlə rəsmən əlaqə qurmaq əvəzinə aşıqlıqdan çox uzaq olan işi-peşəsi aravurmaq və dəllallıq olan Böyükağa Əkpərpur adlı birisini özünün İranda əlaltısı edərək bölücülük işləri görür?" Müraciət müəllifi qeyd edir ki, sözügedən Böyükağanı Bakıda Böyükbəy Ələkbəroğlu adıyla tanıdılır: "İllərdir ki, Mhərrəm Qasımlı onu gah Təbriz gah iran aşıqlar Birliyinin rəhbəri kimi özünün televiziya proqramına çığarır, tanınmış folklorşünasdır deyir. Axı, bu adam Azərbaycan və İran aşıqlarının dəllallığını edir və o adamın da aşıq ədəbiyatında heç bir haqqı yoxdu. Amma Məhərrəm Qasımlı o İranlını "Böyük əkbərpur"ru gah Təbriz Aşıqlarının sədri kimi, gah İran Aşıqlarının rəhbəri kimi və nahayət bir folklorşünas kimi Azərbaycanın dövlət telviziya kanallarında təqdim elədi. O qədər bu adamı şişirtdilər ki, indi az qala özləri də inanıblar kı, bu adam doğurdan da elə böyük folklorşünasdır! Axı belə işlər İranda yaşıyan aşıqlar və fölklorşünasların qanını qaraldır, bunu özlərinə təhqir sayırlar". S.Şəhbazi qeyd edir ki, məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət orqanları, eləcə də Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumatlandırılıb: "Xahişlər etdik ki, Məhərrəm Qasımlı, sənin gördüyun işlərdən biz aşıqlar və ədəbiyatımız ziyan çəkir. Xahiş edirik, o İranlı aşıq dəllalından əl götür və özun da bəyənilməz işlərdən yan ol. Amma Məhərrəm məcbur halda üzümüzə "yaxşı" dedi, amma daldadan daldıya öz xəyanətlərindən əl götürmədi ki, götürmədi. Hətta bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinizə də məktub ilə muraciyət etdik, amma genə ərizəmiz nəticəsiz qaldı. Və Məhərrəm Qasımlı öz bildiyini edir". Müraciətdə bildirilir ki, Məhərrəm Qasımlı AAB sədri olan tarixdən sonra Azərbaycanda bir neçə rəsmi yubiley keçirilib. O tədbirlərə əgər İrandan aşıq çağıracaqdılarsa, bəs niyə İAB-dən aşıq istəmədilər? Yox, dəvət etmək məqsədləri yoxidisə, bəs, tədbirlərdə çıxış edən bu tay aşıqları kimlər idi: "Əgər o aşıqları AAB dəvət etməmişdisə, bəs, niyə miqrasiyaya məktub yazıblar kı, xahiş edirik ki, İrandan gələn aşıqlar qeydiyyata düşməsinlər. Yox, AAB miqrasıyanı aldatmaq istəyibsə, onda özləri bilər. Ancaq bu, olub. Yaxud rəsmi dəvət ediblərsə, niyə bizim rəsmi muraciətlərimizi ayaq altına salırlar? Niyə İran Aşıqlar Birliyinin üzvlərinin arasına ixtilaf salırlar? Məhərrəm Qasımlının rüşvətxorluğu bir millətin mədəniyyəti və ədəbiyyatı və iki qonşu dövlətin xoş munasibətinin gərginliyə doğru aparmasına gətirib çıxara bilər. Otaylı-butaylı, dili və dini bir xalqın varlığı ilə oynamaq olmaz. Hamımız bilirik ki, otaylı-butaylı ayrılmaz bir irsi - aşıq sənətini şəxsi mənafeyə görə parçalamaq olmaz! Məhərrəm Qasımlı onu da bilməlidi ki, sədirlik etdiyi təşkilatda İran Aşıqlar Birliyinin arasına saldığı ixtilaf və yaramazlılıq iki dövlətin xoş munasibətini də qarşdıra bilər". Onun bildirdiyinə görə, M.Qasımlı İran aşıqlarından sui-istifadə edir: "Bizim sənədimiz var kı, Məhərrəm Qasımlı İrandan dəvət etdigi aşıqlara başçı gətirdiyi aşıq dəllalına deyib ki, burdan gedən kimi Təbrizdə Aşıqlara de ki, Məhərrəm Qasımlı sərəncam verdi ki, kim İran Aşıqlar Birliyinin üzvlüyətindən çıxsa ona AAB-in üzvlülük vəsiqəsi verəcəm. Hamısını dəvət edəcəm ki, Bakıda televiziyalarda çıxış etsinlər və bütün yol xərclərinidə verəcəyəm. Hətta müəyən adlar deyib ki, o aşıqlar gəlsələr hərəsinə artıq 1500 İran pulu da verəciyəm. Niyə, nə olub, indiyənə kimi rüşvət alan bu gün belə xərcliyən olub? Bu hərəkət bizim birliyin arasına ixtilaf salmaqdan başqa bir məna daşıyırmi?"

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı barəsində səslənən ittihamları cavablayıb. Sədr "Olaylar"a bildirib ki, Səlcuq Şəhbazinin rəhbər olduğu İran Aşıqlar Birliyi adlı bir təşkilat tanımır. Heç belə bir təşkilatın harada və nə vaxt yaranması barədə də bilgisi yoxdur: "Belə bir halda onun bizim ölkəmizdəki Aşıqlar Birliyi ilə bağlı nə işi var? Məgər, indiyə qədər öz ölkəsində aşıqlarla bağlı hansısa bir iş görübmü? Getsin, öz ölkəsində o qədər aşıq var ki, həmin aşıqların taleyi ilə bağlı hansısa iş görsün. Onun Arazın bu tayında nə işi var? Müraciətdə də qeyd edilən ittihamların heç bir əsasə yoxdur". M.Qasımlı əlavə edib ki, onun müraciətdə adı halananan Böyükağa Əkbərpur adlı şəxslə heç bir əlaqəsi yoxdur: "Onu görəndə salam verirəm, görməyəndə axtarıb tapmıra. Əslində bu məsələlər mənim problemim deyil. Sözügedən məsələlər başqa dövlətə, başqa təşkilata aiddir. Mən ancaq öz ölkəmizdəki 300 aşiqin problemləri ilə məşğul oluram. Heç bir halda başqa ölkənin aşıqları arasında yaranan problemlə maraqlanmıram. Öz ölkələri, öz təşkilatlarıdır, özləri bilərlər problemi necə həll etmək lazımdır. Bu məsələlərin mənə heç bir dəxli yoxdur". M.Qasımlı onu da qeyd edib ki, S.Şahbuzunun əslində kim olduğunu və hansı təşkilata qulluq etdiyini açıqlamaq istəmir: "Onun hansı məqsədlə Azərbaycana göndərildiyini nazirliyə demişəm. Onlar da məsələdən halidirlər. Biz o tipli adamların kim olduğunu, nə məqsədlə gəldiyini və hansı təşkilat tərəfindən göndərildiyini yaxşı bilirik. Məlum olan odur ki, onlar xoş niyyətlə bura gəlmirlər. Onlar məqsədlidirlər, onların arxasında duranlar var. Biz onları qəbul etmirik".
Onu da xatırladaq ki, müraciətin surəti Azərbaycan Respublikasının Mədəniyyət və turizm Naziri Əbulfəz Qarayevə də ünvanlanıb.
Alim