Ermənistan Suriya qaçqınlarından öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə edir
Hazırda dünyanı cənginə alan iqtisadi tənəzzül miqrant və qaçqın problemini gündəmə gətirib. Günü-gündən sayları artan miqrant və qaçqın axını hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə həlli mümkün olmayan məsələyə çevrilib. Hətta ən mötəbər beynəlxalq təşkilatlar sözügedən problemin həllində acizlik nümayiş etdirilər. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA yay sessiyasında miqrant və qaçqın problemini gündəmə gətirilib. Maraqlıdır, beynəlxalq təşkilatlar miqrant və qaçqın probleminin həllində hansı rolu oynaya bilər?
29 İyun 2017 14:29 SiyasətQənirə Paşayeva: "Azərbaycan qaçqın və məcburi köçkün məsələsində Avropa üçün yaxşı nümunə ola bilər"
Hazırda dünyanı cənginə alan iqtisadi tənəzzül miqrant və qaçqın problemini gündəmə gətirib. Günü-gündən sayları artan miqrant və qaçqın axını hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə həlli mümkün olmayan məsələyə çevrilib. Hətta ən mötəbər beynəlxalq təşkilatlar sözügedən problemin həllində acizlik nümayiş etdirilər. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA yay sessiyasında miqrant və qaçqın problemini gündəmə gətirilib. Maraqlıdır, beynəlxalq təşkilatlar miqrant və qaçqın probleminin həllində hansı rolu oynaya bilər?
Əvvala qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin məruzələri dinlənildikdən sonra debatlar olub. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva debatlarda çıxış edərək Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyətinin üzvünə sərt cavab verib. Erməni nümayəndəsinə "siz öz işğalçı ölkənizdən danışın" deyən Q.Paşayeva bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması, hər kəsi ciddi narahat etməlidir. Fiziki zorakılıqla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bütün parlamentariləri ciddi narahat etməlidir ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar atılsın: "Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Azərbaycan dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşüb. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə mane olur. 25 il əvvəl ölkəmizin çox ağır durumda olmağına baxmayaraq, on minlərlə Ahıska türkünü də qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalı, onlara dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm".
Millət vəkili qeyd edib ki, Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Q. Paşayeva vurğulayıb ki, Ermənistan Suriya qaçqınlarından öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edir. Onları Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirir. Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir: "AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə mənfi təsir göstərən bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq. Mən buradan bir az öncə Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Melkumyana səslənərək demək istəyirəm ki, sizin yalanlarınıza ən gözəl cavab bu Assambleyanın, Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, xüsusilə də 1416 saylı qərar. O qərarlarda ki, birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir. Bunu dayandırın". Azərbaycanlı deputat nəticələrdən daha çox insanları köçkün salan səbəblərlə daha çox mübarizə aparmağa səsləyib. Əks halda köçkünlərin, eləcə də problemlərin sayının çoxalacağını bildirib. O vurğulayıb ki, Assambleya insanları köçkün vəziyyətinə salan səbəblərə qarşı mübarizəsini gücləndirməlidir.
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova bilddirib ki, AŞPA-nın yay sessiyasında bir günün yalnız miqrant və qaçqınlar mövzusuna həsr edilməsi təsadüfi deyil. Gün ərzində mövzu ilə bağlı 4 məruzə dinlənilib və müzakirə olunub. Miqrant və qaçqın problemi bu gün bütün dünyada, eləcə də Avropada ən ağrılı problemlərdəndir. S. Qafarova əlavə edib ki, qaçqın və məcburi köçkün məsələsi Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir: "Ermənistanın hərbi təcavüzü nəticəsində artıq 25 ildir ki, ölkəmiz qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Azərbaycan hökuməti doğma yurdlarından didərgin düşən vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın zəngin təcrübəsi var və o, bütün Avropa ölkələri üçün yaxşı nümunə ola bilər. Ancaq ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkün məsələsini birdəfəlik, kökündən həll etmək üçün Azərbaycanın işğal altındakı torpaqları azad edilməli və doğma yurdlarından didərgin düşən soydaşlarımız öz evlərinə qayıtmalıdır".
Nurlan