Paytaxtda daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib (YENİLƏNİB)

Bakıda 120, 120E və 121E nömrəli avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəyişiklik Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədardır. Təmir səbəbindən həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, 120 nömrəli marşrut Hövsan qəsəbəsindəki Elman Qasımov küçəsi ilə Səməd Vurğun parkı, 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) ilə Səməd Vurğun parkı, 121E nömrəli marşrut isə Elman Qasımov küçəsi ilə metronun "Əhmədli" stansiyası arasında fəaliyyət göstərir.

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

"Məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur",-deyə qurumdan əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31