Bələdiyyə üzvləri üçün maarifləndirici təlim keçirilib-Özəl
13:16 SiyasətƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Şəmkir regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan rayonların bələdiyyə üzv və qulluqçuları üçün maarifləndirici təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimdə yerli özünüidarəetmə orqanlarında etik davranış tələblərinə riayət olunması, korrupsiya risklərinin minimallaşdırılması, vətəndaş müraciətlərinə baxılması, həmçinin bələdiyyə üzv və qulluqçularının fəaliyyətini tənzimləyən hüquqi əsaslar barədə ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən təlimdə mövzular üzrə müzakirələr aparılıb, praktiki nümunələr əsasında izahlar təqdim olunub və iştirakçıların sualları cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31