ABŞ yaxın günlərdə İrana qarşı zərbələri bərpa edə bilər - KİV

ABŞ yaxın günlərdə İrana qarşı zərbələri bərpa edə bilər.

Bu barədə "Axios" nəşri ABŞ rəsmilərinə istinadən yazıb.

Nəşrin məlumatına görə, bir neçə gün əvvəl Pentaqon ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) İranda hərbi əməliyyatların bərpasına hazırlığı başa çatdırmaq barədə göstəriş verib.

Qeyd edilib ki, direktivdə zərbələrin konkret tarixi göstərilməyib və ABŞ Prezidenti Donald Tramp hələ yekun qərar qəbul etməyib. Lakin ABŞ və İsrail mənbələri hücumların ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl bərpa oluna biləcəyini yazır. Bəzi mənbələr isə daha da irəli gedərək, İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl yenidən eskalasiyaların başlayacağını iddia edir.

"Axios"un həmsöhbətlərinin sözlərinə görə, ABŞ enerji və nüvə obyektlərinə, eləcə də digər infrastruktura genişmiqyaslı bombardmanlar həyata keçirmək niyyətindədir. Bu isə neft qiymətlərində yeni artıma səbəb ola və ABŞ-də seçkilərin nəticələrinə təsir göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31