Gündəm

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb

28 İyun 2017 16:06

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət və Turizm Nazirliyi,  Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər. İttifaqdan "Olaylar" - a bildirilib ki, iyunun 27-də axşam saatlarında  festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Şikayət yerində araşdırılıb

28 İyun 2017 11:28

Ekologiya və Təbii Sərvətlər    Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı sözügedən ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub. Nazirlikdən "Olaylar" - a bildirilib ki, şikayət ETSN-nin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb. 

Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır – ŞOK SƏBƏB

28 İyun 2017 11:24

Türkiyə Suriya ilə sərhəddə “təhlükəsizlik divarları”nın tikintisindən sonra Ermənistan və İranla sərhəddə də eyni layihəni həyata keçirmək niyyətindədir. Bu ilin yanvar ayında Müdafiə və Maliyyə nazirliklərinin birgə təşəbbüsü ilə Ermənistanla sərhəddə “təhlükəsizlk divarları”nın tikintisi layihəsi hazırlanıb. Layihəyə əsasən, divarlar Qars, İğdır və Ardahan bölgələrində inşa ediləcək.

Türkiyə qoşunları İdlibə girdi

28 İyun 2017 11:22

Türkiyə Hərbi Qüvvələri (HQ) Suriyanın İdlib şəhərinə daxil olub. Bu barədə bu gün Türkiyə KİV-ləri xəbər yayıb. Xəbərə görə, şəhərdə hərbi baza təşkil edilməsi nəzərdə tutulub. Həmçinin Türkiyə HQ-nin Rusiya HQ ilə birlikdə şəhərdə təhlükəsizliyə nəzarət edəcəyi bildirlir.

Bayram günləri yol qəzalarında 10 nəfər öldü

28 İyun 2017 11:20

Azərbaycanda istirahət və bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, iyunun 24-dən 28-dək respublikanın avtomobil yollarında 26 yol-nəqliyyat hadisəsi baş verib.

TAP-ın rəhbəri dəyişdi

27 İyun 2017 22:40

Azərbaycana məxsus təbii qazın Avropaya nəql edəcək Trans Adriatik Boru Kəmərinin (TAP) rəhbərliyi yenidən formalaşdırılıb. Luka Şipati konsorsiumun icraçı direktoru, Uolter Piraeri isə prezidenti təyin edilib. Qeyd edək ki, L.Şipati bundan əvvəl İtaliyanın “Snam” şirkətində (Avropada təbii qazın utilizasiyası üzrə iri şirkətlərdən biridir) çalışıb, 26 illik iş təcrübəsi var. O, yeni vəzifəsində İan Bradşavı əvəz edib. U.Piraeri isə bundan əvvəl Belçikanın “Fluxys” şirkətində (Avropada kommunal sektorun idarə edilməsi üzrə aparıcı şirkətlərdən biridir) işləyib, 30 ildən artıq iş təcrübəsi var.

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

27 İyun 2017 22:39

İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.

Türkiyədə bayram günləri faciə

27 İyun 2017 22:37

Qardaş Türkiyədə ən çox sevilən bayramlardan olan Ramazan bayramı bir çox ailələr üçün yasa çevrilib. Belə ki, qonşu ölkədə bayram tətilində baş verən qəzalarda ümumilikdə 64 nəfər ölüb, 379 nəfər yaralanıb. DHA xəbər agentliyinin məlumatına görə, ən çox ölüm hadisəsi şənbə günü qeydə alınıb: 26 nəfər.

Türkiyə ordusundan ağır zərbə

27 İyun 2017 22:31

Türkiyənin Bingöl vilayətində PKK terror təşkilatına ağır zərbə vurulub.Terror təşkilatına qarşı keçirilən əməliyyatda 11 terrorçu öldürülüb. Beləliklər, PKK-nın “Akdağ” qrupu tamamilə məhv edilib. Bölgədə anti-terror əməliyyatları davam edir.

Elxan Poluxov Etimadnaməsini təqdim etdi

27 İyun 2017 22:28

 İyunun 26 - da Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim edib. Səfirlikdən "Olaylar" -a bildirilib ki, etimadnaməni təqdim etdikdən sonra, Səfri Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin səmimi salamlarını Braziliya Prezidenti, cənab Mişel Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.

CNN-dən  istefa xəbərləri

27 İyun 2017 16:09

 CNN-in 3 jurnalisti istefa verib. Buna səbəb telekanalın saytında Rusiya ilə bağlı yazılmış məqalənin standartlara cavab vermədiyi üçün silinməsi olub. Məqalənin müəllifi 2017-ci ilin yanvar ayından kanalın araşdırmalar bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuş Leks Haris, onun assistenti Tomas Frenk və digər redaktor Erik Lixtbau istefa ərizəsini imzalayıb, telekanalda fəaliyyətlərinə son qoyublar. “Rusiya İnvestisiya fondunun Trampın komandası ilə əlaqəsi olduğu aşkarlandı” adlı məqalədə Rusiya investisiya fondunun rəhbəri Kirill Dmitriyevlə biznesmen Entoni Skaramuççinin ABŞ prezidentinin komandasına keçidindən bəhs olunur.

“Oyuq”çular beynəlxalq festivalda

27 İyun 2017 16:01

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşürlər. Teatrdan "Olaylar" - a bildirilib ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində baş tutacaq “Golden Sparkles European Music Festival"ında ölkəmizi təmsil edəcəklər. Ənənəvi olaraq yay aylarında baş tutan və dünyanın müxtəlif ölkələrindən onlarla iştirakçını bir araya gətirən budəfəki festival 28 iyun 5 iyul tarixlərini əhatə edəcək. Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunacaq.

Tələbələr qəzaya düşdü

27 İyun 2017 11:39

Argentinanın Mendoza əyalətində dəhşətli hadisə baş verib. Tələbələrə dolu avtobus aşıb. Hadisə nəticəsində avtobusun içərisində olan 50 tələbədən 15-i ölüb. Əyalətin səhiyyə naziri Klaudiya Najulun açıqlamasına əsasən, rəqs məktəbindən qayıdan tələbələr və valideynlərini daşıyan avtobus naməlum səbəblərdən qəzaya uğrayıb.

Yaponiya, ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklər

27 İyun 2017 11:36

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ, Yaponiya və Hindistan iyulda Hind okeanının qərbində birgə böyük hərbi təlimlər keçirəcəklər. Bu barədə o, Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra bəyan edib. D.Tramp deyib: “Bizim silahlı qüvvələrimiz hər il terrorizmlə mübarizədə əməkdaşlığı möhkəmləndirməyin üzərində işləyir. Gələn ay da onlar yapon dənizçilərlə birlikdə Hind okeanının qərbində hərbi təlimlərdə iştirak edəcəklər”.

Bayram bir ailə üçün faciəyə döndü

27 İyun 2017 11:35

Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb. Hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi "VAZ 2106" markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi "Mercedes" markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və "Mercedes"in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.