Tələbələr qəzaya düşdü
Argentinanın Mendoza əyalətində dəhşətli hadisə baş verib. Tələbələrə dolu avtobus aşıb. Hadisə nəticəsində avtobusun içərisində olan 50 tələbədən 15-i ölüb. Əyalətin səhiyyə naziri Klaudiya Najulun açıqlamasına əsasən, rəqs məktəbindən qayıdan tələbələr və valideynlərini daşıyan avtobus naməlum səbəblərdən qəzaya uğrayıb.
27 İyun 2017 11:39 DünyaArgentinanın Mendoza əyalətində dəhşətli hadisə baş verib. Tələbələrə dolu avtobus aşıb. Hadisə nəticəsində avtobusun içərisində olan 50 tələbədən 15-i ölüb.
Əyalətin səhiyyə naziri Klaudiya Najulun açıqlamasına əsasən, rəqs məktəbindən qayıdan tələbələr və valideynlərini daşıyan avtobus naməlum səbəblərdən qəzaya uğrayıb.
İlkin məlumatlara görə, sürücü daxil olmaqla, 15 nəfər həyatını itirib, 22 nəfər ağır yaralanıb. Polislər hadisənin yüksək sürət səbəbindən baş verdiyini deyib.