Gündəm

Fövqəladə vəziyyət elan olundu

27 İyun 2017 11:33

Rusiyanın Zabaykalye vilayətində çoxsaylı meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hazırda regionda 2,8 min hektardan çox sahəni əhatə edən 34 meşə yanğını davam edir. Yanğınların söndürülməsinə 804 canlı qüvvə və 181 ədəd texnika cəlb olunub. Son sutka ərzində 6 meşə yanğınını söndürmək mümkün olub.

Tovuz sakini qarpızdan zəhərlənib

27 İyun 2017 11:30

Tovuz rayonunda yerli sakin qarpızdan zəhərlənib. Rayonun Öysüzlü kənd sakini, 1953-cü il təvəllüdlü Alıyev Rəşad Mati oğlu yediyi qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Nigeriyada  16 ölü, 13 yaralı

27 İyun 2017 11:26

Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb. Partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib. Hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.

Yəmən bombalandı

27 İyun 2017 11:23

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin mərkəzi bölgəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə paytaxt Sənadan 173 km şimal-şərqdə yerləşən Marib əyalətində qeydə alınıb. Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Miseyd rayonunda yaşayış massivini bombalayıblar.

London sakinləri  "ƏDALƏT İSTƏYİRİK"

26 İyun 2017 21:05

 İngilis zənci Edir Federiko Da Kostanın polis tərəfindən nəzarətə götürülməsi və şiddət göstərildiyi səbəbilə dünyasını dəyişməsi Londonda iğtişaşlara səbəb olub. Publika.az xəbər verir ki, paytaxtda etirazçılarla polis arasında qarşıdurma yaşanıb. 1 uşaq atası 25 yaşlı Federikonun nəzarətə alındıqdan 6 gün sonra polisin göstərdiyi şiddət nəticəsində öldüyünü iddia edən etirazçılar axşam saatlarında Londonun Stratford bölgəsindəki polis bölməsinə hücum edib və binaya alovlu maddələr, kərpiclər atıblar.

İsrail Suriyanı bombaladıİsrail Suriyanı bombaladı

26 İyun 2017 20:58

İsrail Suriya ordusu ilə üsyançı qüvvələrin mübarizəsi zamanı istifadə olunan mərmilərdən bəzilərinin ölkə sərhədi daxilinə düşməsi bəhanəsilə Suriyaya aid bəzi hərbi hədəfləri vurduğunu açıqlayıb. Top mərmiləri Qolan təpələrinin şimal tərəfinə düşüb, lakin hadisə nəticəsində ölən yaxud yaralanan olmayıb.

Tramp hədələndi

26 İyun 2017 15:04

Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər. Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləyib. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Monqolustanda  seçkilər

26 İyun 2017 15:01

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək. Ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər. Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 dəfə  prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.

Türk ordusu şəhid verdi

26 İyun 2017 14:57

Türkiyənin Elazığ şəhərinin Karakoçan bölgəsinin Bingöl sərhəddində terroristlərlə təhlükəsizlik xidməti əməkdaşları arasında atışma baş verib. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 1-i yaralanıb. Əməliyyat zamanı iki əsgər yaralanıb. Xəstəxanaya yerləşdirilən əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Xalq artisti VƏFAT ETDİ 

26 İyun 2017 14:53

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib. Bu barədə xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb. Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Özbəkistanda yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub

26 İyun 2017 11:35

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Səmərqənd şəhərində artıq bir həftədir ki, “Azərbaycan Mədəniyyət günləri” uğurla davam edir və bu məqsədlə  Səmərqənddə Azərbaycan  mədəniyyətinə dair silsilə tədbirlər keçirilir.

Nigar Adil yazır... Salam əsgər!

26 İyun 2017 10:30

Qadın olaraq əsgərlik həyatının necə olduğunu bilmirəm. Mən də bütün qadınlar kimi ətrafdakı kişilərin danışdıqları qədər məlumatlıyam. Yəni, əsgərlikdə onları heç kim incitməyib və eləcə də onlar heç kimi incitməyib. Çox istərdim ki, bütün bu eşitdiklərim həqiqət olsun...

Şanlı tarix yazan Azərbaycan Ordusu

26 İyun 2017 09:00

Hər bir dövlətin müdafiəsi, onun düşməndən qorunması, ayaqda durması üçün ordusu, Silahlı Qüvvələrinin olması vacib şərtdir. Ordu dövlətin əsas onurğa sütunu hesab edildiyindən onun günün tələblərinə uyğun olaraq modernləşdirilməsi, gücləndirilməsi zəruridir. Necə ki, Azərbaycan Ordusu kimi.

Məsciddə atışma

26 İyun 2017 08:32