Xalq artisti VƏFAT ETDİ 

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib. Bu barədə xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb. Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib. Bu barədə xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.

Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Xalq artisti Qəndab Quliyeva iyunun 16-da kəskin ürək çatışmazlığı ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31