Şanlı tarix yazan Azərbaycan Ordusu

Hər bir dövlətin müdafiəsi, onun düşməndən qorunması, ayaqda durması üçün ordusu, Silahlı Qüvvələrinin olması vacib şərtdir. Ordu dövlətin əsas onurğa sütunu hesab edildiyindən onun günün tələblərinə uyğun olaraq modernləşdirilməsi, gücləndirilməsi zəruridir. Necə ki, Azərbaycan Ordusu kimi.

Hər bir dövlətin müdafiəsi, onun düşməndən qorunması, ayaqda durması üçün ordusu, Silahlı Qüvvələrinin olması vacib şərtdir. Ordu dövlətin əsas onurğa sütunu hesab edildiyindən onun günün tələblərinə uyğun olaraq modernləşdirilməsi, gücləndirilməsi zəruridir. Necə ki, Azərbaycan Ordusu kimi.

Tarixə nəzər salsaq aydın şəkildə görə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri bugünkü gücü, potensialına gəlib çıxana qədər heç də asan, meneəsiz yol qət etməyib. İstər Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun qərarı ilə "Əlahiddə Azərbaycan Korpusunun" yaradılması zamanı, istərsə də müstəqilliyin ilk illərində Silahlı Qüvvələrimizin formalaşdırılması ərəfəsində Qafqazda müsəlman dövlətinə məxsus bir ordunun yaradılması qısqanclıqla qarşılanıb, bütün imkanlardan istifadə olunmaqla onun qarşısını almağa cəhd göstərilib. Həm XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyətinin zamanında, həm də həmin əsrin 90-cı illərində Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra başladığı ordu quruculuğu prosesinə çoxsaylı maeələr yaradılıb, bu prosesi ləngitməyə, arzuedilməz məcraya yönəltməyə çalışıblar. Əgər əsrin əvvəllərində yaradılan "Əlahiddə Azərbaycan Korpusuna" erməniləri hansısa yolla daxil etmək, bununla da AXC və onun silahlı qüvvələrini qısa zamanda sıradan çıxarmaq siyasəti yürüdülürdüsə, əsrin sonlarında bəlli dairələr Rusiyanın maraqlarına xidmət edən ayrı-ayrı silahlı dəstələr formalaşdırmaqla Azərbaycan Ordusunda başıpozuqluq, hərc-mərclik yaratmaq istəyirdilər. Bir-birinin sözünü eşitmək belə istəməyən, pərakəndə şəkildə fəaliyyət göstərən ayrı-ayrı silahlı qruplaşmanın bir mərkəzdən idarə edilməməsi özü ilə mənfi fəsadlara yol açırdı. Elə müstəqilliyin ilk illərində ard-arda bir neçə rayonun ermənilər tərəfindən işğal edilməsi də məhz Azərbaycan Ordusundakı pərakəndəliyin nəticəsi idi.

Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də vəziyyət müsbət istiqamətə doğru dəyişdi. Ümummilli liderin ilk addımı qanunsuz silahlı dəstələrin ləğvi ilə bağlı oldu ki, bu da nizamlı Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin formalaşdırılmasının ilk təməli sayıla bilərdi. Artıq orduda nizamsızlıq, pərakəndəlik aradan qalxır, nizamlı Azərbaycan Ordusu formalaşırdı. Qısa zamanda həyata keçirilən bu işlər Azərbaycanın cəbhə xəttində Xocavənd əməliyyatı kimi uğurlu döyüş aparmasına və Qarabağ müharibəsi zamanında mühüm nailiyyətlərdən birini əldə etməsinə gətirib çıxardı. İşğalçı Ermənistan artıq onun qarşısında başıpozuq silahlı qruplaşmalar deyil, mütəşəkkil Azərbaycan Ordusunun olduğunu görərək Bakıya atəşkəs təşəbbüsü irəli sürdü.

Ermənistanla atəşkəs sazişinin imzalanmasına baxmayaraq Azərbaycanın müharibə şəraitində olması və torpaqlarının bir hissəsinin işğal edilməsi ordu quruculuğu

prosesini daha da genişləndirmək, Silahlı Qüvvələri müasir silahlarla təmin etmək zərurətini ortaya qoyurdu. Məhz bu zərurət Azərbaycanı dövlət büdcəsində müdafiə xərclərinin artırmağa sövq edirdi. Paralel olaraq Silahlı Qüvvələrin beynəlxalq sahədə əməkdaşlığı da genişləndirilir, ayrı-ayrı ölkələr və hərbi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilirdi. Bu baxımdan NATO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi idi ki, Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığa start verdi. Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər ki, bu da hərbi sahədə dünya təcrübəsini öyrənməyə şərait yaradır. 1999-cu ilin sentyabr ayından başlayaraq isə Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.

Günümüzdə də Azərbaycan Silahlı Qüvvələri öz inkişaf yolunu davam etdirir. Ölkənin müdafiə xərclərinin artması, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərilən diqqət və qayğı da bu prosesin müsbət axarla getməsinə öz təsirini göstərir. Xüsusilə, son 13 il ərzində Azərbaycan Silahlı Qüvvələri uğurlu yol keçib desək yanılmarıq. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Cənab İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət və qayğı əsaslə dərəcədə artı0b. Bunu konkret rəqəmlərin timsalında da görmək mümkündür. Belə ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları təşkil edib. Həmçinin 2013-ci ildə bu göstəici 3,7 milyard ABŞ dollar, 2015-ci ildə 4,2 milyard ABŞ dollar həcmində olub. Təsadüfi deyil ki, Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhzulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb.

Bir müsbət məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinə olan diqqət və qayğı yalnız maddiyatla kifayətlənmir. Eyni zamanda Azərbaycan Ordusu mənəvi cəhətdən də böyük dayaq, dəstək görür. Bu dəstək və diqqət isə ilk növbədə Ali Baş Komandan tərəfindən göstərilir. Ali Baş Komandan, Cənab İlham Əliyevin müntəzəm olaraq əsgər və zabitlərlə görüşməsi, onları göstərdikləri hərbi xidmətə görə təltif etməsi Silahlı Qüvvələrdə qulluq keçən hər bir həbiçidə qürur hissi yaradır, vətənpərvərlik hisslərini artırır. Bunun əyani sübutu isə keçən ilin aprel ayında cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsi idi. Məlum olduğu kimi aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri böyük bir uğura imza ataraq uzun illər erməni işğalı altında olan bir sıra strateji yüksəklikləri düşməndən azad etdi. Ordumuzun əldə etdiyi bu tarixi qələbə məhz Ali Baş Komandanın öz əsgər və zabitlərinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsi idi ki, Silahlı Qüvvələrimiz də ona göstərilən bu etimadı doğrultdu, Azərbaycan xalqına qələbə sevincini yaşatdı. Təbii ki, bütün bunlar qeyd etdiyimiz kimi Ali Baş Komandanın öz əsgər və zabitlərinə göstərdiyi diqqət və qayğının nəticəsi idi.

Aprel döyüşlərindən bir neçə gün sonra Ali Baş Komandanın cəbhə xəttinə getməsi, düşmənlə ən yaxın məsafədə belə Silahlı Qüvələrimizin şəxsi heyəti, döyüşlərin iştirakçıları ilə görüşməsi Cənab İlham Əliyevin hər zaman əsgərin, hərbiçinin yanında olduğunun nümunəsi idi. Məhz bu yanaşma, münasibət, orduya olan diqqət və qayğıdır ki, Azərbaycan Silahlı Qüvvələri daha neçə aprel qələbəsi qazanmaq əzmi, istəyi ilə yaşayır, o günü səbirsizliklə gözləyir. Ali Baş Komandan-əsgər, Prezident-xalq birliyi, vəhdəti bizə ümid verir ki, aprel qələbələri kimi qələbələrimiz təkrarlanacaq və Azərbaycan Silahlı Qüvvələri tezliklə işğal altında olan digər ərazilərimizi də düşməndən azad edərək Qarabağa, Şuşaya, Xankəndinə qələbə bayrağını asacaq. Çünki Azərbaycan Ordusu buna qadirdir. Bayramın Mübarək Azərbaycan Əsgəri.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31