Gündəm
Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür. 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
29 yaşlı oğlan alkoqoldan zəhərləndi
Tovuzda zəhərlənmə olub. Rayonun Əyyublu kənd sakini, 1988-ci il təvəllüdlü Mədətov Elmar Eldar oğlu alkoqol zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Okeanda zəlzələ
Sakit okeanda Polineziyada Tonqa dövlətinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu haqda ABŞ Geoloji xidməti xəbər verir. Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan 209 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib.
Bakıda beynəlxalq festival
İyulun 13-dən 16-dək Azərbaycan Gənclər İttifaqı və Rəqs Assosiasiyası paytaxtımızda “Baku - Soul of Art” beynəlxalq rəqs və sənət festivalını keçirəcək. Bu barədə məlumat Azərbaycan Rəqs Assosiasiyasının “facebook” səhifəsində yer alıb. Dörd gün davam edəcək festival rəqsin milli və müasir istiqamətlərini, habelə Bakının ən gözəl yerlərinə ekskursiyaları əhatə edəcək. Festivalın sonuncu gününün tədbirləri Dənizkənarı Milli Parkda keçiriləcək.
Rusiyalı turistlər üçün vizalar ləğv edildi
Çində sürüşmə
Çinin Sıçıuan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 109 nəfər itkin düşmüş hesab olunur. Sağ qalma ehtimalı olanların axtarışları gecə boyu davam etdirilib, bu işlərə 2500 xilasedici cəlb olunub. Bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
10 polis öldürüldü
Əfqanıstanın Herat əyalətində "Taliban" terror qruplaşmasının üzvləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Nəticədə azı 10 polis əməkdaşı həlak olub, 4-ü isə yaralanıb. Yerli polis nümayəndəsi Cilani Fərhad qeyd edib ki, terrorçular polislərin silahlarını ələ keçiriblər.
2 min insan təxliyyə edilib
İspaniyanın Moqer adlı bölgəsində baş verən meşə yanğınlarına görə 2 mindən çox insan təxliyyə edilib. Donyana milli parkına da keçən alovun qarşısnı almaq üçün əraziyə 200 nəfərlik briqada və aviasiya cəlb edilib.
Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib
Prezident və ailəsi Formula 1-i izləyir
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi 2017 çərçivəsində yarışları izləyirlər. Prezidentin ailə üzvləri də yarışı izləyənlər arasındadırlar. Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət və xoşməramlılığın vacibliyini x
ABŞ prezidenti Donald Tramp müsəlmanları müqəddəs Ramazan ayının başa çatması və Fitr bayramı münasibəti ilə təbrik edib. Bu barədə prezidentin Ağ ev tərəfindən yayılan təbrikində deyilir. "ABŞ müsəlmanları müqəddəs Ramazan ayında etiqad və xeyriyyəçilik işlərində bütün dünya müsəlmanlarına qoşulurlar.
İranda bir qrup terrorçu saxlanıldı
İranın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqəli bir qrup şəxsi saxlayıb. Bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir.
Prezidentinin halı pisləşdi
Türkiyə prezidenti Rəcəb-Tayyib Ərdoğanın halı pisləşdi. Ramazan bayramı namazı üçün Ataşehirdəki "Memar Sinan" məscidinə gedən prezident qısa müddətli rahatsızlıq keçirib. Məscidin çıxışında açıqlama verən Ərdoğan artıq özünə gəldiyini, rahatsızlığının şəkərlə əlaqəli olduğunu vurğulayıb:
İraqda partlayış
İraqın Mosul şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Terrorçu özünü köhnə məhəllələrdən birində mühasirəyə alınmış şəhəri tərk etmək istəyən kütlənin arasında partladıb. Ölənlər və yaralananlar arasında qadınların və uşaqların olduğu bildirilir. Press TV telekanalı şənbə günü İraq ordusunun mülki şəxslərin Mosulu tərk edə bilməsi üçün bir neçə təhlükəsiz dəhliz təşkil etməyə nail olduğunu xəbər verir.
Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin prezidenti Məmnun Hüseynə başsağlığı verib. Məktubda deyilir: “Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.








.jpg)

.jpg)



