İranda bir qrup terrorçu saxlanıldı

İranın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqəli bir qrup şəxsi saxlayıb. Bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir.

İranın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqəli bir qrup şəxsi saxlayıb.

Bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, terrorçular müqəddəs ziyarətgahların yerləşdiyi şəhərlərdə terror aktları törətməyi planlaşdırıblar.

Saxlanılan şəxslərdən partlayıcı qurğular, "Kalaşnikov" avtomatları və digər silah-sursat götürülüb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31