Gündəm
Bakı dünyanın ən ucuz şəhərləri sırasında - REYTİNQ
Beynəlxalq konsaltinq şirkəti olan "Mercer"in tərtib etdiyi "Cost of Living Survey 2017" adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir. Reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib. Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu-York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb. Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda qazanıb
Sabirabadda AĞIR QƏZA
10 ölü, 20 yaralı
adikal “Sağ sektor” təşkilatının döyüşçüləri ilə Ukrayna Silahlı Qüvvələrinin bölməsi arasında silhlı qarşıdurma baş verib. Bu haqda “Donetsk Xalq Respublikası” separatçı qurumun operativ komandanlığının rəahbəri Eduard Basurin bildirib. Onun sözlərinə görə, qarşıdurma nəticəsində 10-a yaxın insan həlak olub, 20-i yaralanıb.
İlham Əliyev Mozambik və Cibuti prezidentlərini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Mozambik Prezidenti Filipe Jasinto Nyusiyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mozambik Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mozambik münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mozambik xalqına əmin-amanlıq və rifah arzulayıram". Dövlətimizin başçısı Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehi də təbrik edib.
“Qalibiyyət – şahidlər və şəhidlər” kitabı təqdim olundu
İyunun 24 - də Dövlət İdarəçilik Akademiyasında tanınmış araşdırmaçı, publisit jurnalist Aida Eyvazlının “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının I cildinin təqdimatını keçirilib. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN könüllülərinin vətənpərvərlik mövzusuna daim diqqət yetirdiklərini, bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib. Ü. Mehdiyev, həmçinin, aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığını xatırlayaraq bunun tarixi bir qələbə olduğunu qeyd edib.
Tarantinodan yeni film
54 yaşlı ssenarist və rejissor “Pulp Fiction”, “Reservoir Dogs”, “Kill Bill” və “Unchained Django” filmlər ilə sevilən Quentin Tarantino mətbuata verdiyi açıqlamada hazırda yeni film üzərində işlədiyini bildirib. “Olaylar” “Habertür” - ə istinadən bildirir ki, ssenarist və rejissor “Hal – hazırda yeni film ssenarisi üzərində işləyirəm. 2018 - ci ildə hazır olması mümkün deyil.
ABŞ kəşfiyyatının işgəncə üsulları HAMINI ŞOKA SALDI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş prezident Corc Buşun dövründə idarənin sorğu proqramı çərçivəsində işgəncə üsulları hazırlamaq məqsədilə həkim və psixoanalistlərə 81 milyon dollar xərclədiyi iddia edilib. Psixoanalistlər Con Bryus Cessen və Ceyms Mişel tərəfindən həyata keçirilən proqramda həkimlərin rolu Amerika Mədəni Azadlıqlar Birliyinin (ACLU) açdığı istintaqlə gün üzünə çıxmağa başlayıb. 11 sentyabr hadisələrindən sonra terror şübhəlisi olaraq həbsə alınan insanlara su ilə işgəncə verilməsi, yuxudan məhrum edilməsi, yaralı ayaq üstə saatlarla gözlədilməsi və bir çox işgəncə üsullarının MKİ tərəfindən sorğulama metodu olaraq istifadə olunması hər kəsi dəhşətə gətirib.
Prezident İlham Əliyev Jan Fransua Manseli qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür etdi. Dövlətimizin başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə etdi.
Amerikalı rəssamın əsərləri Bakıda
İyunun 30-da “Art Tover” qalereyasında amerikalı tanınmış gənc rəssam Matthew Sekutanın sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək. “Arts Council Azerbaijan” - dan "Olaylar" - a bildirilib ki, ekspozisiyada ABŞ və Azərbaycanın müxtəlif sahələrdəki əməkdaşlığına aid əsərlər yer alacaq.
Kinematoqrafçılar İttifaqında iclas
Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub. İttifaqın sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun olaraq 2 avqust - Milli Kino Günü ilə əlaqədar fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda, “Zaman və məkan” sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.
3540 metr uzaqlıqdakı hədəfi vurdu
Kanada İraqda döyüşən Xüsusi Təyinatlı Dəstənin üzvü olan bir əsgərinin 3540 metr məsafədən hədəfi vuraraq dünya rekordu qırdığını bəyan edib. Hədəf İŞİD terror təşkilatının üzvü olub. Kanada Xüsusi Təyinatlı dəstəsinin üzvü olan əsgərin 3540 metr uzaqlıqdakı hədəfi vurduğu təsdiq edilib. Lakin təhlükəsizlik səbəbilə əməliyyatın aparıldığı yerin və zamanın açıqlanmayacağı bildirilib.
Elçibəy işığı
ELÇİBƏY haqqında yazmaq, onun barəsində söz demək çox çətindir. ELÇİBƏY ucalığına aşağıdan yuxarı boylanan adam onun layiq olduğu kəlmələri yazmaq üçün söz axtarışına çıxmalıdır. Və bu axtarışın nəticəsinə uyğun fikir bildirməlidi.
İlan itini sancmasın deyə özünü fəda etdi
Amerikanın Arizona ştatındakı Finiks şəhərində yaşayan kişi itini xilas etmək üçün iri ilanın onun özünü sancmasına şərait yaradıb. 62 yaşlı Maykl Siburq evinin həyətindəki hovuzu təmizləyərkən qəribə bir xışıltı səsi eşidib. Məlum olub ki, ilan təmizlik əşyalarının altında gizlənib. O, bu qəribə səslə maraqlanıb və onun mənbəyini axtarmağa çalışıb. Bu məqamda axtarış prosesinə onun iti də qoşulub. İt burnunu ilana tərəf aparanda kişi itini cəld bir hərəkətlə ordan uzaqlaşdırmağa nail olub. Bu məqamda isə ilan onun əlindən çalıb: “Mən bilirdim ki, ilan onu sancacaq, amma qərar verdim ki, iti sancmaq əvəzinə məni sancsa daha yaxşı olacaq”.
Hər gün şaftalı yemək üçün 7 səbəb
Şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Zəngin kimyəvi tərkib bu dadlı meyvəni insan sağlamlığı üçün olduqca faydalı edir. Şaftalının 7 faydasını sadalayır.
Ən çox gəlirli yüz İT şirkətinin siyahısı dərc edilib
“Gartner” analitik şirkəti dünyanın ən çox gəlirə malik yüz informasiya texnologiyaları (İT) şirkətinin siyahısını tərtib edib.



.jpg)










