Kinematoqrafçılar İttifaqında iclas
Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub. İttifaqın sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun olaraq 2 avqust - Milli Kino Günü ilə əlaqədar fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda, “Zaman və məkan” sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.
24 İyun 2017 16:24 Teatr və kinoKinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub. İttifaqın sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun olaraq 2 avqust - Milli Kino Günü ilə əlaqədar fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda, "Zaman və məkan" sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.
Daha sonra iclas ittifaqın idarə heyətinin üzvləri - Xalq artistləri Vaqif Mustafayev və Oqtay Mirqasım, Əməkdar İncəsənət xadimləri Ayaz Salayev, Müşfiq Hətəmov və "Nərimanfilm" kinostudiyasının rəhbəri Nəriman Məmmədovun çıxışları, təklifləri və müzakirələri ilə davam edib.