Gündəm
Diqqət: Saç boyaları qara ciyəri məhv edir
Saçların 5-7 il ərzində hər ay boyanması nəticəsində qaraciyər toxumaları məhv olmağa başlayır. Avropa alimləri belə qənaətə gəliblər ki, saçların boyanması ilə qaraciyər xəstəlikləri arasında əlaqə vardır.
Dünya alimləri: A vitamini bütün xəstəliklərin dərmanıdır
Dünya alimləri metobolizm proseslərində mühüm rol oynayan A vitamininin imkanlarını öyrənirlər. Müasir tədqiqatlar göstərir ki, məhz A vitamininin çatışmazlığı immun sistemini zəiflədir və insan infeksiyalar, iltihablar, digər xəstəliklər qarşısında əlacsız qalır. A vitamini həm də ən mükəmməl antidepressantdır. Bu vitamin insan orqanizmi üçün çox əhəmiyyətlidir.
Gündə 2 saatdan çox televizora baxmaq, sağlamlığınızı risqə atır
Siz ekran qarşısında neçə saat keçirirsiniz? Əgər gündə iki saatdan artıq televizora baxırsınızsa – sağlamlığınızın pozulması riski ilə üzləşirsiniz. Həkim Emmanuel Stamatakisin başçılıq etdiyi Böyük Britaniyanın bir qrup həkimi 4 il müddətində 4512 yaşlı pasiyentin vəziyyətini müşahidə etmişdir.
“Ağıllı” oyuncaq uşağın emosiyalarını müəyyənləşdirəcək
İspaniya alimləri oyuncaqla oynayan uşağın emosional əhval-ruhiyyəsini müəyyənləşdirən və müvafiq tərzdə reaksiya verən “ağıllı” kukla yaradıblar. Oyuncağın daxilində süni intellektə yaxın alqoritmlər quraşdırılıb.
Vegetarianlıq göründüyü qədər də faydalı deyil!
Alimlər belə qənaətə gəliblər ki, təkcə ət yeyənlər ürək xəstəliyi riskinə məruz qalmır. Sən demə, vegetarianlıq da bir o qədər təhlükəsiz deyildir. Vegetarianlar çox vaxt ateroskleroz və tromboza mübtəla olmaq riski ilə üzləşirlər.
Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək
Əksər böyük aeroportlar hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhlükə törədən lələklilər kimi "çağırılmamış qonaqlar"dan əziyyət çəkir. Əvvəllər bunun üçün səsli və ya lazer qurğularından istifadə olunub. Bir sıra hava limanlarında arzuolunmaz heyvanların ürküdülməsi üçün ovçu quşlardan ibarət "şahin quş dəstələri" saxlanılır. Kanadanın Edmonton Aeroportunda isə bu işi robotlaşdırılmış şahin yerinə yetirməyə başlayıb.
Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib
"Check Point" şirkəti tədqiqat apararaq dünyada hər dördüncü təşkilatın "Fireball" və "WannaCry" viruslarının hücumuna məruz qalmasını açıqlayıb. Əvvəllər məlum olmayan viruslar ən fəal zərərli proqram təminatı ailəsi üçlüyünə daxil olub. "Fireball" dünya təşkilatlarının 20 faizinə ziyan vurub. "WannaCry" təşkilatların 8 faizinə hücum edib. Həmçinin, aktiv viruslardan biri şirkətlərin 16 faizini yoluxduran "RoughTed" olub.
Dünyada ən böyük və şəffaf displey yaradılıb
Cənubi Koreyanın “LG Display” şirkəti dünyada ən böyük elastik və şəffaf displey yaradıb. “The Korea Herald” nəşri şirkətin bəyanatına istinadən yazır ki, 77 düymlük yeni displey 3840x2160 piksel təsvir ölçüsü, 40% şəffaflıq əmsalı və 80 mm-lik əyrilik radiusuna malikdir.
“Samsung” şirkəti “Galaxy Folder 2” smartfonunu təqdim edib
“Samsung” şirkəti Cənubi Koreyada açılıb bağlanan form-faktoruna malik “Galaxy Folder 2” (“SM-G1650” modeli) telefonunun satışına başlayıb. İkinci nəsil “Galaxy Folder” aparatı iki variantda (“3G” və ya “LTE” modulla) əlçatandır. Smartfon 1,4 QHs takt tezlikli dördnüvəli “Snapdragon 425” prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq fləş daşıyıcı ilə təchiz edilib. “MicroSD” kartın qoşulması sayəsində daxili yaddaşın tutumu 256 QB-dək artırıla bilər.
Qadını vuran əlləriylə silər göz yaşını kişilər - ŞEİRLƏR
Xuraman Şuşalı: “Başımı ərimin istəyilə bağlasaydım...”
“2010-cu ildə ailə qurmuşam, 2013-cü ildə isə başımı bağlamışam. Çox adam elə bilir ki, həyat yoldaşıma görə başımı bağlamışam. Amma bu, belə deyil”. Bunu müğənni Xuraman Şuşalı “Hər şey daxil” verilişinin qonağı olarkən deyib.
Sizi 5 yaş gənc göstərəcək krem - Özünüz hazırlayın
Göz ətrafındakı qırışları aradan qaldırmaq üçün kosmetoloqa getməyə ehtiyac yoxdur. Özünüz evdə krem hazırlayaraq həm gözəlliyinizin qeydinə qalar, həm də büdcənizə qənaət etmiş olarsınız.
Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək
Aktrisa Sibel Kekilli ekranlara dönür. Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya indi türk şirkətlərindən təkliflər var. Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən ssenariləri oxuyub və onlar arasında birini bəyənib. Çəkilişləri sentyabrda başlayacaq serialda baş rollarda aktyorlar Ercan Kesal və Berkay Ateş də oynayacaq.
“Qarabağ” FK-nın hekayəsi “Stamford Bridc” stadionunda təqdim olunub
İdman insanları bərabərləşdirmək və onlar arasında həmrəylik yaratmaq üçün çox gözəl vasitədir. Etnik mənsubiyyətindən, dinindən, milliyyətindən və ya mədəniyyətindən asılı olmayaraq idmanda hakim olan qaydalar bütün dünyada anlaşılır. Buna rəğmən, bəzən idman da münaqişənin qurbanı ola bilər və bunu “Qarabağ” Futbol Komandasının timsalında görmək olar. Onların Ağdamda yerləşən döğma meydançaları 1993-cü ildə erməni işğalçıları tərəfindən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon zəbt edildikdən sonra çəbhə zonasına çevrilib. Komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməyə məcbur olub.
Putin "Türk axını"nı işə saldı
Rusiya prezidenti Vladimir Putin Krasnodar vilayətinə səfər edib. Rusiyalı dövlət başçısı buradan helikopterlə xüsusi turbadüzən "Pioneering Spirit" gəmisinə uçub. Prezidenti gəmidə kapian Fred Reqtop, "Qazprom"un sədri Aleksey Miller və "Allseas" İsveçrə şirkətinin rəhbəri Edvard Heyerem qarşılayıb.














