Gündəm

Sarımsaq qoxusunu yox etməyin TƏBİİ YOLLARI

23 İyun 2017 18:45

Sarımsağın sağlamlığa nə qədər faydalı olduğunu hamımız bilirik. Faydalı olması ilə yanaşı dadı da ləzzətlidir. Ancaq bircə mənfi tərəfi qoxusunun kəskin olmasıdır. Özünüzü saxlamayıb sarımsaq yemisinizsə, adamlar arasında ağzınızı açıb danışmağa utanırsınızsa, bunun bir neçə təbii yolu var. Ailem.az ağızdan sarımsaq qoxusunu yox etməyin yollarını təqdim edir.

Azərbaycanın Fransadakı səfiri geri çağrılıb

23 İyun 2017 18:41

 Azərbaycan Prezidenti ilham Əliyev Elçin Oktyabr oğlu Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar

23 İyun 2017 18:33

İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bakı şəhəri üzrə Təhsil idarəsindən verilən məlumata görə, Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarət olub.

Şirvanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı

23 İyun 2017 18:31

Prezident İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Şirvan şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən "Cənub" İstilik Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 129 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəhər Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23 İyun 2017 18:25

Prezident İlham Əliyev Azərbaycanın dəniz nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Pekində 500-ə yaxın aviareys təxirə salınıb - SƏBƏB?

23 İyun 2017 18:23

Çinin paytaxtı Pekinin “Şoudu” hava limanında şiddətli yağıntılarla əlaqədar 500-ə yaxın reys təxirə salınıb. Hava limanında bu gün üçün nəzərdə tutulan 1649 reysdən 870-ə yaxın uçuş həyata keçirilib. Hidrometeoroloqlar yağıntının gün ərzində davam edəcəyini proqnozlaşdırırlar.

Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

23 İyun 2017 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

Daşkəsəndə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

23 İyun 2017 18:17

İyunun 23-də Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib

23 İyun 2017 18:16

Avtomobili məscidə ibadətə gələnlərin üzərinə sürmək işi ilə əlaqədar saxlanılan 47 yaşlı Darren Osborna qarşı rəsmi şəkildə terror məqsədilə adam öldürmək və öldürməyə cəhd göstərməkdə ittiham irəli sürülüb.

Azərbaycanda "Skype"la videozəng hamı üçün mümkün olacaq? - RƏSMİ CAVAB

23 İyun 2017 18:14

""Windows" əməliyyat sistemi ilə çalışan mobil qurğuların sahibləri "Skype" videozəng servisindən əvvəlki kimi istifadə edə biləcək". Bunu  "Microsoft Azerbaijan"ın rəhbəri Sərxan Həşimov gələn aydan etibarən "Skype"ın bir sıra qurğularda işləməyəcəyi barədə yayılan informasiyaya münasibət bildirərkən deyib.

Zakir Həsənov: “Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”

23 İyun 2017 17:57

“Ordumuz sürətli inkişaf dövrü yaşayır”. Bunu bu gün müdafiə naziri Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.

3 aydır qırıq ayaqla oynayırmış

23 İyun 2017 17:55

Konfederasiyalar Kubokunda Rusiyanı 1-0 məğlub edən Portuqaliya millisinin düşərgəsindən pis xəbər gəlib. Sözügedən matçın 65-ci dəqiqəsində əvəzlənən Rafael Querreironun ayağında qırıq olduğu məlum olub. Ancaq ulduz futbolçunun verdiyi açıqlama hər kəsi təəccübləndirib.

NASA Marsdan canlı görüntü yaydı - VİDEO

23 İyun 2017 17:54

Amerika kosmik agentliyinin (NASA) alimləri "Qırmızı planet"dən Yutub sosial şəbəkəsində yayımladıqları canlı görüntülər dünya mediasında maraql qarşılanıb. Görüntülərdə Mars planetinin unikal landşaftı, qum təbəqələri, müxtəlif sıldırım qayaları təsvir olunub. Mütəxəssislərin sözlərinə görə, reallığa qalanda Marsın səthi çox soyuq olur və qırmızımtıl rəngə çalır. Bu rəngi Marsa geniş yayılmış dəmir oksid verir. Planetin səthi eroziyaya uğramış, alabəzək kraterlərlə doludur. Həmçinin burada sıx buludlu və toz qasırğaları kimi aktiv təbii hadisələr də müşahidə edilir.

Rusiya NATO-ya hücum edəcək? - Lavrovdan cavab

23 İyun 2017 17:52

“NATO ölkələrində Rusiyanın onlara hücum edəcəyinə dair ən kiçik ehtimal ola bilməz”.  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “ABŞ-da, Almaniyada, Böyük Britaniyada və Şimali Atlantika İttifaqının başqa ölkələrində yüksək hərbi hazırlıq gedir.

Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq aşkarlanıb

23 İyun 2017 17:42

Qusar rayonu ərazisində eramızdan əvvəl I-II minilliklərə aid olunduğu bildirilən  qəbiristanlıq aşkarlanıb. Qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, sovet dövründə aparılan araşdırmalar nəticəsində abidənin orta əsrlərə aid olduğu ehtimal edilib. Q.Ağayevin sözlərinə görə, Qusarda 3 istiqamətdə araşdırma aparılır və 3-4 yeni abidə aşkar edilib.  O, qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta eneolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.