Gündəm
Moldova prezidenti Formula 1 Paddokunda olub
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olublar. Onlar yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər, habelə beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanış olublar.
Avtoyuma mənqətəqəsindən 12 min manatlıq oğurluq
İyunun 21-də Göyçay rayonunda yaşayan Məzahir Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək iyunun 16-da ona məxsus avtomobillərin yuyulması məntəqəsindən oğurluq olması barədə məlumat verib.
Misir prezidenti 500 məhbusu əfv etdi - Ramazan münasibətilə
Misir prezidenti Əbdül Fəttah əl Sisi Ramazan bayramı ilə əlaqədar 500-dən çox məhbusun əfv olunması barədə fərman imzalayıb. Əfv olunanların böyük əksəriyyəti icazəsiz mitinqlərdə iştiraka görə həbs olunan şəxslərdir.
Ermənilərə dəstək üçün Qarabağa gələn PKK terrorçuları TUTULDU
İranın təhlükəsizlik qüvvələri Cənubi Azərbaycanın Xudafərin ərazisindən işğal altındakı Dağlıq Qarabağa keçmək istəyən PKK-nın 8 terrorçusunu tutub.
İŞİD sosial şəbəkəni qadağan etdi: "İzlənildiyimizi bilirik!"
İŞİD terror qruplaşması son vaxtlar ard-arda ərazi itirməsini sosial şəbəkələrdə izlənmələrilə əlaqələndirib. İŞİD buna görə də təşkilat üzvlərinə sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Ərəb və ingilis dillərində yayımlanan bəyanatda, təşkilat liderləri sosial şəbəkə üzərindən təşkilata üzv toplayarkən ehtiyatsızlıq ucbatından özlərini ifşa etdiklərini bildiriblər.
Kremlə verilən FİNAL XƏBƏRDARLIĞI: Rusiya dəhşətli silahla İFLİC EDİLƏCƏK
ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma dərc edib. Nəşrin yazdığına görə, keçmiş prezident Barak Obama ötən il Rusiya üçün hazırlanan “rəqəmli bomba” planını bəyənib.
Anar Ələkbərov: Formula 1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi
Azərbaycan artıq ikinci ildir ki, Formula 1 yarışlarına ev sahibliyi edir. Builki yarışılar Formula 1 üzrə Dünya Çempionatının 8-ci mərhələsidir və Azərbaycan Qran Prisi adlanır. Ötən il olduğu kimi, bu il də yarışların yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb.
XİN sözçüsü “Formula-1”-in siyasi əhəmiyyətindən danışdı MÜNASİBƏT
“Formula-1” yarışlarının ölkəmizdə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan Respublikası mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətdir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
11 yaşlı uşaq çayda boğuldu
Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub. Hadisə rayonun Yenicə kəndində baş verib. Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub. Hazırda onun meytinin tapılması üçün axtarış aparılır.
Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi
Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-yə bildirib ki, bu gecə 28 May, Sahil və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.
Bakıda tutulan erməninin cinayət işi geri qaytarıldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Elçin Əhmədov: “Həmsədrlərin irəli sürdüyü təkliflər nəticə verməyib”
ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.
Hikmət Hacıyev: “Danışıqlar substantiv xarakter daşımalıdır”
“ATƏT-in Minsk Qrupunun həmsədrləri 19 iyun tarixində Azərbaycanda səfərdə oldular. Bu səfər əsnasında onlar Azərbaycan tərəfi ilə görüşlər keçirərək ölkəmizin mövqeyi bir daha onlara izah olundu. Burada əsas müzakirə mövzularından biri danışıqlar prosesinin intensivləşdirilməsi idi”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."
Müğənni Emre Altuğ boşandığı həyat yoldaşı Çağla Şikeldən danışıb. İfaçı Çağla ilə ayırlma səbəbini açıqlayıb: “İnstaqramda hələ də bizi barışdırmağa çalışanlar var, bunu etməsinlər… Evləndikdən sonra heç bir iş görmədim. Müğənnilik sektorundan geri çəkildim. Uşağımız olsun istəyirdik, oldu.
Polis Londonda 80 nəfərin ölümünə səbəb olan yanğının səbəbini açıqlayıb
Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında 79 nəfərin ölümünə səbəb olan yanğının səbəbi mənzillərin birində soyuducunun alışaraq yanması olub. Polis həmçinin binanın üz qabığının yanğın təhlükəsizliyi tələblərinə cavab vermədiyini təsdiq edib. Xatırladaq ki, jurnalistlər çoxdan binanın üz qabığının yanğının belə inanılmaz sürətlə yayılmasına səbəb olduğunu hesab edirdi.














