Hikmət Hacıyev: “Danışıqlar substantiv xarakter daşımalıdır”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri 19 iyun tarixində Azərbaycanda səfərdə oldular. Bu səfər əsnasında onlar Azərbaycan tərəfi ilə görüşlər keçirərək ölkəmizin mövqeyi bir daha onlara izah olundu. Burada əsas müzakirə mövzularından biri danışıqlar prosesinin intensivləşdirilməsi idi”. Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri 19 iyun tarixində Azərbaycanda səfərdə oldular. Bu səfər əsnasında onlar Azərbaycan tərəfi ilə görüşlər keçirərək ölkəmizin mövqeyi bir daha onlara izah olundu. Burada əsas müzakirə mövzularından biri danışıqlar prosesinin intensivləşdirilməsi idi". Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, müzakirələr əsnasında o da qeyd olundu ki, artıq status-kvo dəyişdirilməlidir və qəbul edilməzdir: "Səfərin nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla da çıxış etdilər. Biz bu bəyanatda xüsusilə tərəflərin substantiv danışıqlara çağırılması barədə niyyətini və məramını müsbət qarşılayırıq. Çünki Azərbaycanın da mövqeyi ondan ibarətdir ki, danışıqlar substantiv xarakter daşımalıdır. Bu substantiv danışıqların da mahiyyəti qəbuledilməz olan status-kvonun dəyişdirilməsidir. Nəticə etibarilə də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalıdır. Bu məcrada sözügedən səfər konstruktiv müzakirələrin aparılması, tərəflərin mövqeyinin dinlənməsi, növbəti addımların müəyyən edilməsi baxımından faydalı idi". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31