Gündəm
Bakıda Vərəm Dispanserdə qayınanasını öldürən şəxsin məhkəməsində həkim ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhləməsində qətl törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vərəm Dispanserdə mühafizəçi işləyən Hüseynağa Hüseynov ifadə verib.
Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Cahangirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub. Söhrab Abbasov ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri vəzifəsinə təyin edilib.
Dövlətin ədaləti
Son günlər jurnalistlərin mənzillə təminatı məsələsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə irəli sürülən bəzi iddialar geniş müzakirələrə səbəb olub. İddia edirlər ki, mətbuat işçilərinin mənzil təminatında məqsəd hakimiyyətin mətbuatı tamamilə öz tərəfinə çəkməsindən ibarət imiş. Üstəlik, şəxsi evi olan, mətbuata xidməti olmayanların ev alacağı haqda iddialar səsləndirilir. Bu məsələ ətrafında vəziyyət çox gərgin və mürəkkəb xarakter alıb. Bəziləri, hətta müəyyən siyahılar da hazırlayıblar ki, bu da həm siyahıda adı olanların, həm də olmayanların narazılığına səbəb olub. Mən də bu məsələlərlə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Beləliklə, lap başdan başlayaq.
ABŞ-ın viza sistemində dəyişklik
ABŞ prezidenti Donald Tramp yeni prezidentlik qərarnaməsini qəbul etməklə viza almaq prosesini bir az da çətinləşdirdi. ABŞ Xarici İşlər Nazirliyinin heç bir rəyi olmadan, Ağ Evdə yayımlanan qərarnamədə turist və tələbə vizaları daxil olmaqla, qaçqın olmayan insanların viza almaq prosesinin müddəti qeyri-müəyyən müddət olaraq uzadılıb.
Bölgədə ikinci Əfqanıstan: Ermənistan Dağlıq Qarabağı narkotik plantasiyalarına çevirir
“Ermənistanın işğal etdiyi Azərbaycan torpağı Dağlıq Qarabağı terror təşkilatlarının yuvasına, narkotik plantasiyalarına çevirməklə bölgədə ikinci bir Əfqanıstan yaradıb”. Virtualaz.org xəbər verir ki, bu bəyanatla Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey çıxış edib.
"Spike" raketinin ən son versiyası ilk dəfə Qarabağda tətbiq olundu
Ötən gün iyunun 22-də “Paris Airshow” sərgisində İsrailin “Rafael” şirkəti “Spike” taktiki raketlərinin yeni versiyasını ilk dəfə nümayiş etdirib. Virtualaz.org “The Jerusalem Post”a istinadən xəbər verir ki, “Spike LR II” və ya “Spike 2” adlanan yeni raket qurudan buraxılanda 5.5 kilometr, qırıcı təyyarələrdən buraxılanda isə 10 kilometr uçuş məsafəsinə malikdir. Raket İsraildə uğurla sınaqdan keçirilib. Qəzet bildirir ki, “Spike LR II” artıq Azərbaycan-Ermənistan münaqişəsində tətbiq olunur.
Əmək Nazirliyi tərəfindən daha 50 nəfər əlilliyi olan şəxs Xaçmazdakı Nabran istirahət zonasına yola salınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq daha 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Azərbaycan XİN: Çexiyanın Ermənistandakı səfirinin söylədiyi fikirlər araşdırılacaq
"Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək həqiqətən bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söylənildiyini araşdıracaq. Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-nə çağırılacaq. Əgər həqiqətən belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu, qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Əksinə bu kimi açıqlaması ilə Çexiya səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir”.
Bakıda Formula 1 zamanı evlilik təklifi
Bakıda keçirilən Formula 1 yarışı zamanı maraqlı hadisə qeydə alınıb. Britaniyalı turist Qrem Barker sevgilisi Viktoriya Uilyamsa evlilik təklif edib. O, öz təklifini britaniyalı pilot Lüis Hemiltonun bolidi qarşısında səsləndirib.
"Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması" mövzusunda görüş keçirilib
BMT-nin Mərkəzi Asiya ölkələri iqtisadiyyatı üçün Xüsusi Proqramı: SPECA-nın "Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması"na həsr olunan Regional Görüşü 22-23 iyun 2017-ci ildə Bişkekdə keçirilib. Burada həmçinin SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyası baş tutub. BMT-ə üzv ölkələrin hökumət nümayəndələri, müvafiq beynəlxalq və reginal təşkilatlar, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik birliklərin iştirak etdiyi tədbirdə dayanıqlı inkişaf üçün fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Beynəlxalq ekxpertlərin müvafiq şərtlər, innovativ siyasət və qaydalar çərçivəsində milli innovasiya sisteminin idarəedilməsi mövzusunda çıxışları dinlənilib.
Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - Fəlakət ssenarisi
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən “Habertük” telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb edilməsi haqda müzakirələrin aparıldığını bildirib.
Poroşenko impiçmentə doğru
“Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti ölkədə impiçment haqqında qanun olmadığı üçün qeyri-mümkündür”. Bunu Ukrayna prezidentinin impiçmenti barədə çağırışları şərh edən ölkənin keçmiş baş naziri Nikolay Azarov deyib. “Bu tipik piar aksiyasıdır. Çünki, Ukraynada impiçment haqqında qanun yoxdur. Bu haqda danışmaq olar, amma faktiki olaraq buna nail olmaq mümkün deyil”, - o bildirib.
Ermənistanda azərbaycanlı əsirlərin başına gətirilən DƏHŞƏTLƏR
“Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı edilməsindən indiyə qədər ən çox müzakirə edilən məsələlərdən biri də müharibə vaxtı itkin düşən 4 min azərbaycanlının taleyidir. Bu rəqəm rəsmi qurumlar tərəfindən təsdiq olunub. Ermənistan tərəfi bunu nə qədər təkzib etsə də, bu həqiqətdir”.
Prokuror "Zaminbank"ın vəzifəli şəxslərinə cəza istəyib
Lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Əli Əliyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, M. Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovum 9 il, Vasif Həsənovun 5 il, Nailə İsgəndərovanın 4 il, Mehriban İsmayıovnın 4 il, Nuranə Kərimlinin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər. Buna görə məhkəmə prosesi iyulun 7-dək təxirə salınıb.














