Gündəm

Xətai  Sənət  Mərkəzində növbəti müsabiqə

23 İyun 2017 15:24

 İyun  ayının 30-da Azərbaycan  Rəssamlar  İttifaqı  və  Xətai  Sənət  Mərkəzinin  dəstəyi   ilə  İslam  Həmrəyliyi  ilinə  həsr  olunmuş  “SEVGI RƏSSAMLARIN GÖZÜ  İLƏ” adlı sərgi-müsabiqə keçiriləcək. Xətai Sənət Mərkəzindən “Olaylar” – a bildirlib ki, müsabiqə  rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət üzrə keçirilir.  Hər janr üzrə  I, II və III yerlər seçilərək , diplom və hədiyyələrlə  mükafatlandırılacaq. Bütün sərgi iştirakçıları sertifikatla  təltif  olunacaq.  

Bir neçə sahibkar və avtobus sürücüsü cəzalandırılıb

23 İyun 2017 15:21

Bakı Nəqliyyat Agentliyinin (BNA) son bir həftə ərzində keçirdiyi monitorinqlərin nəticəsi olaraq müvafiq tələblərin pozulması hallarına yol verən müntəzəm sərnişin daşıyıcıları və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb. BNA-dan verilən məlumata görə, 213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib. Eyni zamanda 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün sürücünün izahatı alınıb və ona xəbərdarlıq edilib.

Teatr Beynəlxalq Xalq Yaradıcılıq Festivalında iştirak edəcək

23 İyun 2017 15:21

Gənc Tamaşaçılar Teatrının kollektivi  iyunun 27 – dən iyulun 3 - ə qədər  Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, beynəlxalq festivalda teatr ölkəmizi Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək. Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Əcnəbilərin ölkəni tərk etmə qaydaları dəyişdirilir

23 İyun 2017 15:18

Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir. Bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə yeni 11-ci bənd təklif edilir. Yeni bəndə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Məişət zorakılığına məruz qalanların mühafizəsi gücləndirilir

23 İyun 2017 15:13

Azərbaycanda məişət zorakılığına məruz qalanların mühafizəsi ilə bağlı qaydalar dəyişdirilir. Bununla əlaqədar “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinin dəyişdirilməsi təklif edilir.

Oqtay Əsədov Koreyaya gedəcək

23 İyun 2017 15:12

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 26-da Koreyayaa səfər edəcək. Bu barədə MM-dən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Azərbaycan prezidenti: “Ordumuz bir həftə əvvəl düşmənə layiqli cavab verdi”

23 İyun 2017 15:11

“Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü əldə etmişik və bunu artırırıq”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.

AMEA mənzil problemi ilə bağlı səslənən fikirlərə münasibət bildirib

23 İyun 2017 15:10

Azərbaycan Milli Elmlər Akademiyasında olan yataqxana və mənzil məsələsi barədə son günlər mətbuatda gedən bəzi səriştəsiz yazılar bu məlumatı verməyimi labüdləşdirdi. Dəfələrlə mətbuatda bildirildiyi kimi, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan, AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil sahəsi ayrılması nəzərdə tutulmuşdur.

İlham Əliyev: “Azərbaycan Ordusu güclü ordular sırasındadır”

23 İyun 2017 15:08

“Biz Silahlı Qüvvələr Günü ərəfəsində tam qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir”.

Prezident: “Azərbaycan artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır”

23 İyun 2017 15:06

“Bu gözəl bayram ərəfəsində biz Şirvan şəhərində müdafiə sənayesinin yeni zavodlarının açılışına toplaşmışıq. Bu, əlamətdar hadisədir. Müdafiə Sənayesi Nazirliyi mənim sərəncamımla 2005-ci ilin dekabr ayında yaradılıb və bu illər ərzində böyük, uğurlu yol keçib”.

Dövlət başçısı: "Azərbaycanın ixracı 40 faizdən çox artıb"

23 İyun 2017 15:05

"Azərbaycan bu il gözəl iqtisadi inkişaf templəri nümayiş etdirir, beş ayın yekunları çox müsbətdir. Qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıb". Bunu prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışı mərasimindəki çıxışında deyib.

Prezident: "Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır"

23 İyun 2017 15:03

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir. Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir".

Elmar Məmmədyarov Kosta Rikanın xarici işləri ilə görüşüb

23 İyun 2017 15:01

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazirlər bu il Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Elmar Məmmədyarov həmçinin Kosta Rikaya səfəri çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

İxrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sistemi tətbiq olunacaq

23 İyun 2017 14:57

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkədə fəaliyyət göstərən bankların əməkdaşları üçün seminar keçirilib.

Tarixçi alim: “X sinif "Azərbaycan tarixi" dərsliyində tariximizə ləkə gətirən səhvlər var”

23 İyun 2017 14:55

"Ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında tərtib edilmiş “Azərbaycan tarixi” dərsliyində tariximizə ləkə salan bir sıra yanlış mülahizələrə yol verilib".  Bu fikirləri SalamNews-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli deyib.