Xətai  Sənət  Mərkəzində növbəti müsabiqə

 İyun  ayının 30-da Azərbaycan  Rəssamlar  İttifaqı  və  Xətai  Sənət  Mərkəzinin  dəstəyi   ilə  İslam  Həmrəyliyi  ilinə  həsr  olunmuş  “SEVGI RƏSSAMLARIN GÖZÜ  İLƏ” adlı sərgi-müsabiqə keçiriləcək. Xətai Sənət Mərkəzindən “Olaylar” – a bildirlib ki, müsabiqə  rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət üzrə keçirilir.  Hər janr üzrə  I, II və III yerlər seçilərək , diplom və hədiyyələrlə  mükafatlandırılacaq. Bütün sərgi iştirakçıları sertifikatla  təltif  olunacaq.  

İyun  ayının 30-da Azərbaycan  Rəssamlar  İttifaqı  və  Xətai  Sənət  Mərkəzinin  dəstəyi   ilə  İslam  Həmrəyliyi  ilinə  həsr  olunmuş  "SEVGI RƏSSAMLARIN GÖZÜ  İLƏ" adlı sərgi-müsabiqə keçiriləcək.

Xətai Sənət Mərkəzindən "Olaylar" - a bildirlib ki, müsabiqə  rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət üzrə keçirilir.  Hər janr üzrə  I, II və III yerlər seçilərək , diplom və hədiyyələrlə  mükafatlandırılacaq. Bütün sərgi iştirakçıları sertifikatla  təltif  olunacaq.  Tədbirdə müxtəlif yaş qruplarında  rəssamlar və  dekorativ sənət ustaları iştirak edəcək.

Sərgi-müsabiqəyə 300-ə yaxın sənətkar qatılıb  və sərgidə 160 rəssam, 180 əsəri ilə iştirak edir.

Qeyd edək ki, layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçı isə Aygün İsgəndərovadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31