Gündəm

Pensiya təminatı sistemində islahatın dəstəklənməsi məqsədilə yeni Tvinninq layihəsinin təqdimatı olub

23 İyun 2017 14:52

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı olub. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və ölkəmizdəki səfiri Malena Mard,  Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Fransa Milli Pensiya Fondunun şöbə müdiri Eliz Debiz, Litvanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yerli və avropalı ekspertlər iştirak ediblər.

BSU-nun nümayəndəsi nüfuzlu beynəlxalq konfransda iştirak edib

23 İyun 2017 14:51

İyunun 21 və 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Rus dünyası: indi və gələcəkdə” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Kreml Sarayının  Kiçik zalında  baş tutan  konfransda  dünyanın səksən ölkəsindən 700-dən artıq nümayəndə iştirak etmişdir. Respublikamızı həmin tədbirdə Bakı Slavyan Universitetinin prorektoru, fil.ü.e.d., professor Rafiq Novruzov təmsil etmişdir.

Öldürücü istilər GƏLİR - insanların 74 faizi...

23 İyun 2017 14:44

Dünya əhalinin 74 faizi isti hava dalğalarına məruz qalacaq. Onlar ölümcül, anormal hava temperaturunun olduğu bölgələrdə yaşamağa məcbur olacaqlar. Bu barədə "Natural Climate Change" jurnalında məqalə hazırlanıb. Məqalədə bu sadalananların 2100-cü ildən etibarən müşahidə ediləcəyi bildirilib.

Nazir  büdcə dəyişikliyinin səbələrini açıqlayıb

23 İyun 2017 14:41

"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranmışdır”. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bunu naziri Samir Şərifov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirəsi zamanı deyib.

Malena Mard: "İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam"

23 İyun 2017 14:36

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın səlahiyyət müddəti avqustun 31-də bitəcək. Bu barədə M.Mard özü bildirib. O yaxın vaxtlarda Brüsseldə Azərbaycandakı nümayəndəliyin yeni rəhbərinin adının açıqlanacağını bildirib: "Mən isə İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam. Ailəm də Stokholma qayıdır. Amma biz Azərbaycana gəlib-gedəcəyik. Bizim burada dostlarımız var. Mənim iki oğlum 4 ildir buradadır. Onlar Azərbaycana yenidən səfər etməyimizi planlaşdırırlar".

Messinin həbs cəzası cərimə ilə əvəzləndi

23 İyun 2017 14:28

İspaniyanın Ali Məhkəməsi "Barselona"nın ulduz futbolçusu Messiyə vergidən yayınmaqla bağlı cəzanı yumşaldacaq. Argentinalı hücumçunun 21 aylıq həbs cəzası əvəzinə 252 min avro cərimə ödəməsi yetərli olacaq. Messinin həbs cəzası da şərti xarakter daşıyırdı. İspaniya qanunlarına görə 2 ildən az azadlıqdan məhrum etmə cəzası cərimə ilə əvəzlənə bilər. Futbolçunun atası isə 180 min avro cərimə ödəyəcək. Prokurorluq da cəzanın əvəzlənməsinə etiraz bildirməyib.

Prezident İlham Əliyev: "Formula-1 yarışı Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir"

23 İyun 2017 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdini təbrik edib

23 İyun 2017 14:22

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Braziliyalılar "Barselona"dan narazıdırlar

23 İyun 2017 14:21

"Santos" klubu FİFA-ya müraciət etməyə hazırlaşır. Braziliya təmsilçisi "Barselona"nın transfer fəaliyyətindən narazıdı. İspaniya nəhənginin yarımmüdafiəçi Lukas Lima ilə anlaşması braziliyalıların narazılığına səbəb olub. Məsələ burasındadı ki, 2017-ci il, dekabrın 31-də "Santos"la müqavilə müddəti başa çatacaq Lima artıq "Barselona" ilə 5 illik müqaviləni razılaşdırıb və gələn ildən kataloniyalıların formasını geyinəcək. Lakin FİFA-nın reqlamentinə görə, "Barsa" iyulun 1-dək 27 yaşlı futbolçu ilə anlaşa bilməz. "Santos" rəhbərliyi də göstərilən vaxtdan 10 gün tez davranan ispanların cəzalanması üçün ali futbol qurumuna müraciət edəcək.  

İraqda PARTLAYIŞ: ölənlər var

23 İyun 2017 14:20

İraqın qərbindəki Ənbar əyalətində baş vermiş partlayış nəticəsində 9 nəfər həlak olub. Həlak olanlar arasında hərbçilərin də olduğu bilirilir. Son məlumata görə, bir qrup intiharçı terrorçu bölgəyə daxil olduqdan sonra onlardan biri partlayıcı qurğunu işə salıb. Ərazidə olan hərbçilərin digər terrorçuları zərərsizləşdirdiyi barədə məlumat verilib. Hadisə nəticəsində azı 11 nəfər həlak olub.

Azərbaycanda dini dözümlülük daha yüksək səviyyədədir

23 İyun 2017 14:18

Bu gün Şimali Azərbaycanda səmavi dinlərə (iudaizm, xristianlıq, islam), eyni zamanda qeyri-səmavi dini inanclara (hinduizm, buddizm, konfusilik, yoqa, krişna) sitayişlə bağlı əsasən heç bir problem yoxdur. İnsanlar rahat şəkildə tapındıqları dini inancları həyata keçirə bilərlər. Heç bir kimsə öz dini inancına görə digər dini inanca bağlı olan birinə qətiyyən zərər vermir. Yəni Azərbaycan insanları əsasən dini inanclar məsələsində dözümlü münasibət ortaya qoyurlar.

Polad Bülbüloğlu Almaniyada səfərdə olub

23 İyun 2017 14:16

Azərbaycan Hökuməti tərəfindən namizədliyi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə irəli sürülmüş Polad Bülbüloğlu 21-23 iyun 2017-ci il tarixlərində Almaniyada səfərdə olub. Səfər AR-in Almaniyadakı Səfirliyi tərəfindən təşkil olunub, namizədimizin və onun YUNESKO ilə bağlı proqramının Almaniyada tanıdılmasına yönəlib. 

“ABAD” “BMT-nin Dövlət Xidmətləri Forumu”nda təqdim olundu

23 İyun 2017 14:11

İyunun 23- də  Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilmiş “BMT-nin Dövlət Xidmətləri Forumu” keçirilib. “ASAN xidmət” – dən “Olaylar” – a bildirilib ki, forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Forumun keçirilməsində məqsəd səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin keçirilməsi olub. Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Saraydan yeni layihə

23 İyun 2017 14:07

Sentyabrın 23 – də Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. Saraydan "Olaylar" - a bildirilib ki, ilk dəfə keçiriləcək “Məşhurlar və övladları” adlı layihədə Respublikanın Xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

FHN-in hərbi hissəsində Silahlı Qüvvələr günü qeyd edilib

23 İyun 2017 14:07

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı N saylı hərbi hissəsində tədbir keçirilib.