Braziliyalılar "Barselona"dan narazıdırlar

"Santos" klubu FİFA-ya müraciət etməyə hazırlaşır. Braziliya təmsilçisi "Barselona"nın transfer fəaliyyətindən narazıdı. İspaniya nəhənginin yarımmüdafiəçi Lukas Lima ilə anlaşması braziliyalıların narazılığına səbəb olub. Məsələ burasındadı ki, 2017-ci il, dekabrın 31-də "Santos"la müqavilə müddəti başa çatacaq Lima artıq "Barselona" ilə 5 illik müqaviləni razılaşdırıb və gələn ildən kataloniyalıların formasını geyinəcək. Lakin FİFA-nın reqlamentinə görə, "Barsa" iyulun 1-dək 27 yaşlı futbolçu ilə anlaşa bilməz. "Santos" rəhbərliyi də göstərilən vaxtdan 10 gün tez davranan ispanların cəzalanması üçün ali futbol qurumuna müraciət edəcək.  

Qeyd edək ki, 2013-cü ildə Neymarın transferi zamanı da "Santos"la "Barselona" arasında problem yaranmışdı. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31