Gündəm
Beşyaşlı uşaqların 65 faizi məktəbəhazırlıq təhsilinə cəlb ediləcək
Növbəti tədris ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqların sayının ümumilikdə, 5 yaşlıların 65 faizi həddinə çatdırılması nəzərdə tutulub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Ötən dərs ili BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.
ATXƏM Salyanda Ramazan bayramı münasibətilə tədbir keçirib
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Salyan rayonu Qaraçala qəsəbəsində Ramazan bayramı münasibətilə tədbir keçirilib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, Salyan rayon İcra Hakimiyyəti rəhbərliyinin də iştirak etdiyi iftar süfrəsində Respublikamızın ictimayyət nümayəndələri və yerli sakinlər iştirak edib.
Nazir bölgələrdə vətəndaşları qəbul edəcək
İyulun 6 – da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qənirə Paşayeva ön cəbhədə olub
Millət vəkili Qənirə Paşayeva ön cəbhədə Əlibəylidə müəllim və sakinlərlə görüşüb və Ramazan bayramlarını təbrik edib. “Olaylar” xəbər verir ki, millət vəkili Ramazan bayramı münasibəti ilə Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib
Bölgə yazarları bir antologiyada
İyunun 29 – da “Gənc yazarların poeziya gecəsi” – də Dünya Gənc Türk Yazarlar Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bölgələrdən səslər – 3” ” layihəsinin yekunu olaraq “Bölgələrdən səslər-3” antologiyası təqdim olunacaq.
Ölkədə qida təhlükəsizliyi necə təmin olunur?
Son illər ərzində Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Nəzərə almaq lazımdır ki, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq daim dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur.
Dövlət büdcəsinə yenidən baxılacaq
Dünyada və ölkədə cərəyan edən iqtisadi proseslər, neftin qiymətlərində qeydə alınan dəyişikliklər 2017-ci ilin dövlət büdcəsinə yenidən baxmağı zəruri edib. Elə bu səbəbdəndir ki, cari ilin dövlət büdcəsinə yenidən baxılacağı deyilir. Bəs görəsən buna ehtiyac varmı və iqtisadçılar bu barədə nə düşünür?
Ermənistanın Qarabağı de-yure özünə tabe etmək cəhdləri yeni mərhələdə
Son vaxtlar cəbhə xəttində verdiyi itkilər, Azərbaycanın hərbi potensialının artması fonunda bu sahədə Bakıdan geri qalması. eləcə də daxildə narazılığın baş qaldırması Sərkisyan hakimiyyətini yeni manevrlər etmək məcburiyyətində qoyub. Belə ki, İrəvan Dağlıq Qarabağı de-yure özünə tabe etmək istiqamətində fəaliyyətə keçib. Bunun üçünsə Ermənistan hakimiyyəti öz sahibi Rusiya deyil, Avropa ilə işləməyə üstünlük verib. Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyanın Belçikaya reallaşdırılan səfərində də məqsəd məhz budur.
Büdcənin gəlir və xərclərinin artırılması onun icrasında problem yaratmayacaq
2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Artıq bunula bağlı qanun layhəsinin parlamentin növbdənkənar sessiyasında müzakirəyə çıxarılacağı gözlənir. Qanun layihəsinə görə, dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur.
Sabah 32 dərəcə isti olacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir.
Rus hakerlər Britaniya məmurlarının şifrələrini yaydı
Rus hakerlər aralarında nazirlər, səfirlər və yüksək çinli polis əməkdaşlarının da olduğu minlərlə ingiltərəli məmurun internetdə istifadə etdikləri şifrələri oğurlayıb. Bu barədə “Tayms” nəşri informasiya yayıb. İngilis rəsmilərinə aid şifrələrin rus haker saytlarında satıldığı, bir müddətdən sonra isə pulsuz olaraq paylaşıldığı iddia edilir. Məlumata görə, şifrələri oğurlananlar arasında 1000-ə yaxın millət vəkili və parlament işçisi, 7000 polis, 1000-dən çox diplomat var.
Zərərçəkən Maqsud Mahmudov Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb edib
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digərlərinin məhkəməsi davam etdirilib. Prosesdə şahid qismində MTN-in keçmiş əməkdaşı Rafiq Abdullayev ifadə verib. O bildirib ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Ələkbərov Heydərovun saxlanılmasında iştirak edib və onu nazirliyə gətiriblər. O, Ə. Heydərovdan pul alınmasından xəbərsiz olduğunu deyib.
Şeyx müsəlmanları bayram münasibətilə təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, təbrikdə bildirilir ki, savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir.
"Mançester Yunayted"dən braziliyalı müdafiəçiyə görə 70 milyon avro
"Mançester Yunayted" müdafiə xəttinə daha bir transfer etmək niyyətindədir. "Qırmızı şeytanlar" PSJ klubuna Markinyosun transferinə görə 70 milyon avro təklif edib. Braziliyalı müdafiəçini "Barselona" da uzun müddətdir heyətinə qatmaq arzusundadır.
Çin yığması Almaniya Regional Liqasında mübarizə aparacaq
Almaniya və Çin futbol federasiyaları arasında əməkdaşlıq haqqında razılıq əldə olunub. Bu müqaviləyə əsasən Çinin U-20 yığması 2017/18 mövsümündə Almaniya Regional Liqasında bir neçə klubla oyun keçirəcək.














