"Mançester Yunayted"dən braziliyalı müdafiəçiyə görə 70 milyon avro

"Mançester Yunayted" müdafiə xəttinə daha bir transfer etmək niyyətindədir. "Qırmızı şeytanlar" PSJ klubuna Markinyosun transferinə görə 70 milyon avro təklif edib. Braziliyalı müdafiəçini "Barselona" da uzun müddətdir heyətinə qatmaq arzusundadır.

Amma katalonların 23 yaşlı futbolçuya görə təklif etdiyi məbləğ 45 milyon avrodur. "Barselona" ötən yay da Markinyosa görə bu qədər pul təklif etmiş və rədd cavabı almışdı.

Futbolçunun Paris klubuyla cari müqaviləsi 2019-cu ildə başa çatacaq. O, daha öncə verdiyi açıqlamalarda PSJ-də xoşbəxt olduğunu və komandada qalmaq istədiyini bildirmişdi.  Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31