Dövlət büdcəsinə yenidən baxılacaq
Dünyada və ölkədə cərəyan edən iqtisadi proseslər, neftin qiymətlərində qeydə alınan dəyişikliklər 2017-ci ilin dövlət büdcəsinə yenidən baxmağı zəruri edib. Elə bu səbəbdəndir ki, cari ilin dövlət büdcəsinə yenidən baxılacağı deyilir. Bəs görəsən buna ehtiyac varmı və iqtisadçılar bu barədə nə düşünür?
23 İyun 2017 13:52 İqtisadiyyatİqtisadçılar buna ehtiyac görürmü?
Dünyada və ölkədə cərəyan edən iqtisadi proseslər, neftin qiymətlərində qeydə alınan dəyişikliklər 2017-ci ilin dövlət büdcəsinə yenidən baxmağı zəruri edib. Elə bu səbəbdəndir ki, cari ilin dövlət büdcəsinə yenidən baxılacağı deyilir. Bəs görəsən buna ehtiyac varmı və iqtisadçılar bu barədə nə düşünür?
İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, əslində 2017-ci ilin dövlət büdcəsinə yenidən baxmağa o qədər də ehtiyac yoxdur: "Düzdür, neftin qiyməti büdcədə 40 ABŞ dollarından götürüldüyündən, bu ilin birinci yarısında artıq gəlir əldə edilib. Belə ki, dünya bazarlarında neftin ilin ilk 5 ayı ərzində qiyməti 50 dollardan yuxarı olub. Amma buna görə büdcəyə yenidən baxmağa ehtiyac yoxdur. Üstəlik, neftin dünya bazar qiymətləri yenidən oynamağa başlayıb. Belə məqamda dövlət büdcəsinin gəlir və xərclərini artırmağa dəyərmi? Mən, bu haqda keçən ilin sentyabrında yazdığım şərhdə qeyd etmişdim ki, yaxşı olardı, hər cür riskdən uzaq olmaq və bütövlükdə ili tam rahat başa vurmaq üçün 2017-ci ilin dövlət büdcəmizdə qiymət 40 dollardan aşağı götürülsün. Hər halda, büdcəyə keçən ilki kimi "tələm-tələsik" dəyişiklik etmək məcburiyyəti qarşısında qalmaq istəmiriksə, bu, daha düzgün və sığortalı variant hesab olunur. Nəzərə almaq lazımdır ki, manat da möhkəm dayaqlar üzərində dayanmayıb. Növbəti ildə də təzyiqlər davam edəcək. Odur ki, keçən ilki 25 dollardan fərqli olaraq, 30 dollar daha məqbul variant sayıla bilərdi. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 255 000,0 min manat, xərcləri isə 16 900 000,0 min manat məbləğində təsdiq edilmişdir. Ona görə də büdcəyə dəyişikliyə əsla, ehtiyac yoxdur".
Digər ekspert Rövşən Ağayev deyib ki, büdcəyə edilməsi gözlənilən dəyişiklik nəticəsində büdcənin xərcləri 1 milyard manat artacaq və nəticədə nəzərdə tutulan büdcə defisiti 2 dəfədən çox genişlənəcək. İqtisadçının sözlərinə görə, xərclərin artması 1 səbəbdən baş verir: "Dövlət borclarının və dövlət şirkətlərinin öhdəliklərinin büdcə hesabına qarşılanması. Parlamentdən verilən açıqlamadan görünür ki, artan xərclər SOCAR-ın layihələrinə və Əmanətlərin Sığortalanması Fondunun ehtiyaclarına yönəldiləcək. Xəbərdən o da ayıdın olur ki, 2017-ci il üzrə xarici borclanma limitinin yuxarı həddi 9 dəfə artırılaraq 500 milyon manatdan 4.5 milyard manata çatdırılır. Buna səbəb avrobondların emissiyası vasitəsilə Beynəlxalq Bankın xarici borclarının dövlətin üzərinə transfer edilməsidir. Verilən xəbərə görə, 2017-ci ilin büdcə dəyişikliyi nəticəsində artan gəlirlərin bir hissəsi məhz Mərkəzi Bankın mənfəəti hesabına olacaq. Yeri gəlmişkən, büdcə qanunvericiliyinə edilən son dəyişikliyə görə, Mərkəzi Bankın mənfəətindən kapital ehtiyatı yaradılandan sonra artıq qalan hissə dövlət büdcəsinə köçürülməli və yalnız dövlət borclarının qaytarılmasına yönəldilməlidir". Rövşən Ağayev bildirib ki, Mərkəzi Bank haqqında qanunun 10-cu maddəsinə görə Bankın nizamnamə kapitalı 500 milyon manatdır və illik mənfəətdən bu məbləğdən az olmayaraq kapital ehtiyatı formalaşdırılır, yerdə qalan hissəsi isə borcların ödənilməsi məqsədilə büdcəyə transfer edilir: "Məlumat üçün deyim ki, 2016-cı ilin sonuna Mərkəzi Bankın kapital ehtiyatı formalaşdırıldıqdan sonra mənfəətinin həcmi 4.3 milyard manata yaxın olub. Göründüyü kimi, hökumət səmərəsiz dövlət sektorunun nəhəng borc yükünün altına öz çiyinini elə verib ki, hətta artıq Mərkəzi Bankın mənfəətinin də ünvanlı şəkildə yalnız borcların istifasəsinə yönəldilməsi hüquqi norma kimi qəbul edilib. Son 2 ilin büdcə siyasəti göstərir ki, hökumət neft dövründə islahat aparmadığı dövlət sektorunun ağır problemlərini postneft dövründə büdcənin xərc prioritetlərində önə çıxarıb". İqtisadçı onu da qeyd edib ki, Mərkəzi Bankın hazırda əlində olan ehtiyatları 2006-2014-cü illərdə bazara alış yönümlü müdaxilələr əsasında formalaşıb. Onun sözlərinə görə, Neft Fondu amanında büdcəyə iri həcmli dollar transfer edirdi: "Həmin valyuta kütləsinin bazar agentlərinin tələbatından artıq hissəsini əlindəki (ya da emissiya etdiyi) manat kütləsini bazara buraxıb Mərkəzi Bank alırdı. Alışyönümlü müdaxilə imkanları olmadıqda hökumətlər tədiyə balansını tənzimləmək məqsədilə Mərkəzi Banklar üçün Beynəlxalq Valyuta Fondu vasitəsilə borclanırlar".
Füzuli