Gündəm

“Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilib 

23 İyun 2017 13:31

Balakən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Balakən rayon qazısı Hacı İbrahim İbrahimov Qafqaz Müsəlmanları İdarəsinin Ramazan bayramı ilə bağlı fətvasını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Balakən rayonunda Ramazan ayı müddətində hər hansı problem yaşanmayıb. Qazı bayram namazı və fitrə sədəqəsi ilə bağlı məsələlərin QMİ-nin fətvasına uyğun icra edilməsinin zəruriliyini vurğulayıb.

Dostluq və zəfər nəğməkarı

23 İyun 2017 13:28

Qədim Türküstanın bağrını doğma Azərbaycan sazının-sözünün nəfəsi heç vaxt tərk etməmişdir. Görkəmli şair və dramaturq Maqsud Şeyxzadədən (1908-1967) sonra qardaş Özbəkistanda onun ənənələrini layiqincə davam etdirən başqa bir soydaşımız şair, tərcüməçi və ədəbiyyatşünas Akif Azalpdır. O, 1954-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulmuş, 1971-ci ildə orta məktəbi Qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə təhsilini davam etdirmək və bir tərcüməçi-türkoloq kimi yetişmək üçün dövlət xətti ilə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə göndərilmişdir. Fərqlənmə diplomundan sonra Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1979-1982) uğurla başa vurub, həmin institutun müxtəlif  şöbələrində elmi işçi kimi fəaliyyət göstərmişdir.

"Qəbələ" Bolqarıstan çempionuna uduzdu

23 İyun 2017 13:23

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama oyununu keçirib.  "Qırmızı-qaralar" Bolqarıstan "Ludogorets"i ilə qarşılaşıb. Baş məşqçi Roman Qriqorçuk görüşdə aşağıdakı start "11-liy"inə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo.Oyunun gedişində Desmond Asare Camalovu, Araz Abdullayev Dabonu, Xavyer Ernandes Qonzales Elvin Məmmədovu, Rasim Ramaldanov Abbasovu, Aqil Məmmədov Bezotosnını əvəzləyib.

Satışda saxta alkoqollu içkilər aşkarlandı

23 İyun 2017 13:19

Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə məşğul olma halları aşkar edilib.

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 13:15

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır. “Trend”in məlumatına görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı məlumatlara münasibət bildirib

23 İyun 2017 13:12

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Conni Depp Trampı öldürməklə hədələyib

23 İyun 2017 13:09

Məşhur amerikalı aktyor Conni Depp ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin ölümü ilə nəticələnə biləcəyini deyib. Böyük Britaniyada Qlastonberi rok-festivalında çıxış edən aktyor ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnun da bir aktyor tərəfindən öldürüldüyünü qeyd edib. C.Depp deyib: “Axırıncı dəfə bir aktyor nə vaxt prezident öldürüb? Məncə artıq bunun vaxtıdır”.

Yunanıstanda helikopter QƏZASI - Yaralanan və ölənlər var

23 İyun 2017 13:07

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Helikopter ağcaqanadlara qarşı kimyəvi maddə səpirmiş. Qəza nəticəsində daha bir nəfər isə yaralanıb. Yaralı şəxsin helikopterdən çıxmasına yerli sakinlər kömək edib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

"Ali məktəblərdə ödənişli təhsil artacaq"

23 İyun 2017 13:05

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq. Təhsil Nazirliyindən  verilən məlumata görə, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq.

Nazirlik: Bayram günlərində nəqliyyat və internet problemi olmayacaq

23 İyun 2017 13:02

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?

23 İyun 2017 13:00

Azərbaycanda yay mövsümünün gəlişi ilə insanların dənizkənarına axını başlayır. Yay mövsümünü xaricdə keçirənlərlə yanaşı, ölkəmizdə də kifayət qədər əlverişli məkanlar var. Ancaq Bakıda fəaliyyət göstərən "aquapark"lar və otellərin qiymətləri "əl yandırır". Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, ən bahalı məkan "Dalğa Beach Aqua Park"dır. Bura təkcə giriş 50 manatdır. 

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli

23 İyun 2017 12:58

"Space" telekanalının aparıcısı Günel Həsənzadə "Gəlin danışaq" verilişinin qonağı olub. Günel Banu kimi tanınan aparıcı görünüşü ilə diqqət çəkib. Xeyli kökələn G.Həsənzadə saç düzümünü də dəyişib. Onları saraldaraq, bir yanını keçəl etdirib.

İllərdir axtarışda olan terrorçu belə yaxalandı - VİDEO

23 İyun 2017 12:55

Barəsində ömürlük həbs qərarı verilən PKK terrorçusu Abdülrahim D. saxlanılıb. Ədirnə Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi əməkdaşları tərəfindən baş tutan əməliyyatda qaçaq yollarla sərhədi keçməyə çalışan PKK terrorçusu Abdülrahim D. yaxalanıb. Terrorçunun tutulma anları kameraya əks olunub.

Nigar Camal Bakı Yol Polisi ilə birgə layihələr həyata keçirəcək

23 İyun 2017 12:49

Beynəlxalq “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi müğənni Nigar Camal dünən Bakı Baş polis İdarəsinin dövlət yol polisi idarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərovla görüşüb.

ŞOİK! Qızın dili dondurmaya yapışdı - VİDEO

23 İyun 2017 12:47

Amerikada qəribə hadisə baş verib. Dostları ilə birlikdə ticarət mərkəzlərindən birində dondurma yemək istəyən qızın başına gülməli hadisə gəlib. Qızın dili dondurmaya yapışıb.