Gündəm

“Başqa şans qalmayıb, yalnız…” – Gürcüstanda radikal ssenari İŞƏ DÜŞDÜ

23 İyun 2017 12:45

Dünən Gürcüstan parlamentində birinci oxunuşda qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Gürcüstan qəti şəkildə parlament respublikasına çevriləcək. 2023-cü ildən artıq prezident ümumxalq səsvermə ilə seçilməyəcək. Prezident 300 üzvdən ibarət seçicilərin xüsusi kollegiyasında keçiriləcək səsvermə ilə seçiləcək. Onların 150-si parlamentin deputatı, qalanı isə yerli hakimiyyət orqanlarının deputatlarından ibarət olacaq. İkinci əhəmiyyətli fərq ondan ibarətdir ki, 2024-cü ildən birpalatalı parlamentə seçkiləri artıq qarışıq sistemlə keçirilməyəcək.

Formula 2 sərbəst yürüşlərində qəza İki pilot mübarizəni dayandırdı

23 İyun 2017 12:44

Bakıda keçirilən Formula-2 avtomobil yarışlarının sərbəst yürüşü zamanı “Trident” komandasının malayziyalı pilotu Nəbil Ceffrinin bolidi dayanıb. Trasın ortasında qalan bolid təxliyə edilib.

Aydın Əliyev Oğuzda vətəndaşları qəbul edib

23 İyun 2017 12:42

İyunun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Oğuz, Şəki, Qəbələ rayonları və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib.

Azərbaycan  aclıq təhlükəsi ilə üzləşən 4 ölkəyə yardım göstərib

23 İyun 2017 12:38

Azərbaycan Respublikası tərəfindən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində cari ildə yaranmış humanitar böhran ilə bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50 min ABŞ dolları məbləğində yardım göstərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən edilən bu yardım BMT-nin baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib.

Azərbaycanda mediasiya institutu yaradılacaq

23 İyun 2017 12:36

“Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur”.

Fikrət Məmmədov: Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır

23 İyun 2017 12:35

“Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Belə ki, 2016-cı ildə Azərbaycana qarşı çıxarılan qərarların sayı cəmi 16 təşkil etmişdir.

Türkiyənin qocaman sənətkarı Aytac haqda nələr dedi?-  VİDEO

23 İyun 2017 12:33

Türkiyənin qocaman sənətkarı, aktrisa və müğənni kimi öz sözünü demiş Nazan Şoray azərbaycanlı müğənni Aytac Vidadiqızı haqda açıqlama verib. Nazan Şoray sosial şəbəkədəki hesabında videopaylaşım edərək, bunları deyib: "Aytac Vidadiqızı ilə yeni layihələrdə Türkiyədə görüşəcəyik".

Reanimasiyaya yerləşdirilən Xalq artistinə həkimlərdən qadağa

23 İyun 2017 12:28

İyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinə yerləşdirilən Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabil olaraq qalıb. Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, onun səhhətinə ağırlaşmaya doğru dəyişiklik yoxdur: “Əksinə xəstəxanaya yerləşdirildiyi gündən aparılan müalicələr nəticəsində vəziyyəti daha yaxşıdır. Dünəndən bu günə vəziyyətində ciddi bir dəyişiklik yoxdur. Hələ ki, reanimasiyadadır, palataya köçürülməsi müalicənin gedişindən asılıdır”.

İstanbulda İran əsilli qadın saxlanıldı

23 İyun 2017 12:23

Türkiyə təhlükəsizlik Qüvvələri İstanbulda yerləşən Atatürk adına hava limanında təhlükəsizlik əməliyyatı həyata keçirib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İran əsilli C. N. H adlı bir qadın saxta pasportla Qətərə getmək istəyərkən saxlanılıb. Verilən məlumata görə qadına Qətərə getməsinə kömək edən 59 yaşlı Melis  C artıq Qətərə səfər edib. Türkiyə Təhlükəsizlik Qüvvələri dərhal Qətər Təhlekəsizlik Qüvvələri ilə əlaqə yaradaq hadisə ilə əlaqədar məlumata veriblər. Qətərli polislər Melis C – ni İstanbul polisinə təhvil verib. Təhlükəsizlik qüvvələri saxlanılan şəxslər barədə araşdırma aparırlar. 

Terrorçular təslim oldular

23 İyun 2017 12:22

İraqın şımalında yerləşən separatçı terror qruplaşmasının 6 üzvü Şırnak Təhlükəsizlik Qüvvələrinə təslim olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, təslim olan terrorçular 17, 18 yaşlı gənclərdi.

Cavanşir Feyziyev Qazaxıstanda parlament seçkilərini izləyəcək

23 İyun 2017 12:20

Milli Məclisin  deputatı Cavanşir Feyziyev iyunun 28-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini  müşahidə etmək üçün  Astanada  səfərdə olacaq. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkili seçkiləri Türkdilli Ölkələrin Parlament Assambleyasının   xətti ilə müşahidə edəcək.  Deputatımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək. Səfər iyunun 29-da başa çatacaq.

Məhkəmədə baxılan işlərin sayı kəskin artıb

23 İyun 2017 12:17

“Ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarmışdır”. “Olaylar” xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov  AzərTAc-a müsahibəsində deyib. Nazir bildirib ki,  yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 21 dəfə artaraq 470 mini ötmüşdür: “Lakin buna baxmayaraq hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Bu adam 32 dildə danışır

23 İyun 2017 12:05

Bir neçə dildə danışan insanlara ətrafdakılar hər zaman dərin hörmət və bir az da qiptə ilə yanaşırlar. Yəqin ki, belə istedadlı insanlar arasında birinci yerdə Avropa Parlamentinin baş tərcüməçisi İohannis İkonomu durur. Bu gün Avropa Parlamentinin rəsmi 23 dili var.

Bakıda quldurluq törədən dəstənin bir üzvü ələ keçib

23 İyun 2017 12:04

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə yaydığı məlumatında bildirilir ki, 15 mart 2017-ci il tarixdə saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən “Ailə ” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçmaları faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rafael Hüseynovun məruzəsi AŞ PA-da müzakirə ediləcək

23 İyun 2017 12:02

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 25-dən iyulun 2-dək Strasburqda səfərdə olacaqlar.