Gündəm

Universitetin İdman Klubu Dağçılıq düşərgəsində

23 İyun 2017 12:01

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib. Universitetdən “Olaylar” – a bildirilir ki, Qax rayonu ərazisində təşkil olunmuş Dağçılıq Təlimləri Düşərgəsində fərqli yaş qruplarından olan iştirakçılara 5 gün ərzində təməl dağçılıq dərsləri keçilib. Təlimlərdə Qərb Universitetinin tələbələri də aktiv şəkildə iştirak ediblər.

Oqtay Əsədov Moldova prezidenti ilə görüşüb

23 İyun 2017 11:59

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonla görüşüb. MM-dən “Oaylar”a verilən məlumata görə, sədr bildirib ki, yüksək səviyyəli bu səfər ölkələr arasında münasibətlərin inkişafına yeni impuls verəcək. Qeyd edilib ki, hələ sovetlər dönəmində xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bugünədək Azərbaycanla Moldova arasında münasibətlərimizin hüquqi bazasını təşkil edən 60-a yaxın dövlətlər və hökumətlər arası sənədlər imzalanmışdır

Ziyafət Əsgərov Serbiya prezidentinin andiçmə mərasiminə qatılacaq

23 İyun 2017 11:58

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Serbiyaya səfər edib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən “”Olaylar”a verilən məlumata görə, səfərin məqsədi bu ölkənin yeni seçilən prezidenti Aleksandr Vuçiçin iyunun 23-də keçiriləcək andiçmə mərasimində iştirak etməkdir. Z.Əsgərovun səfəri iyunun 24-də başa çatacaq.

Meşələrin yanğından mühafizə olunması ilə əlaqədar tədbir

23 İyun 2017 11:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Rusiyadan sensasiyalı addım

23 İyun 2017 11:55

Rus hakerləri Britaniya nazirlərinin, diplomatlarının, deputatlarının, hüquq mühafizə orqanları əməkdaşlarının elektron ünvanlarını və parollarını əldə edərək rusdilli internet-meydanlarında satırlar.

Ramazan tətili başlayır

23 İyun 2017 11:53

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə 26, 27 iyun tarixləri Ramazan bayramıdır. Bu il Ramazan bayramının bir günü 26 İyun - Silahlı Qüvvələr günü ilə üst-üstə düşür. Əmək Məcəlləsinə əsasən, bununla əlaqədar 28 iyun da istirahət günü olacaq. Beləliklə, ölkədə 5 gün ardıcıl (24, 25, 26, 27, 28 iyun) qeyri-iş günüdür.

Nazir: "Ərəb ölkələri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər"

23 İyun 2017 11:51

Qətər Türkiyənin ölkə ətrafındakı böhranın nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir. Bunu Qətərin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani deyib. O qeyd edib ki, rəsmi Ankara ilk gündən ərəb ölkələri ilə Qətər arasında yaranan böhranın həlli üçün dialoqun tərəfdarıdır.

Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?

23 İyun 2017 11:48

Paytaxt Bakı ikinci Formula 1 yarışına ev sahibliyi etməyə hazırdır. Yarış həftəsonuna adətən cümə axşamı start verilsə də, bu dəfə cədvəldə dəyişiklik var. Paytaxt Bakı Formula 1 komandalarını, sürücülərini və yarış həvəskarlarını qarşılamaqdan böyük məmnunluq duyur. Müasir texnologiyaya cavab verən bolidlərin xarakterik yarış səsi Bakı küçələrində hər gün eşitdiyimiz maşın uğultusunu əvəz edəcək. Şəhər heç vaxt belə həyəcanlı görünməyib - yerli əhali və əcnəbi turistlərin ürəyi əsrarəngiz yarış gözləntisi ilə döyünür.

Gənc güləşçilərin Avropa çempionatı keçiriləcək

23 İyun 2017 11:43

27 iyun - 2 iyul tarixlərində Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, ilk iki yarış günündə gənc sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Saypulla Absadiov və məşqi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda ölkəmizi Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) təmsil edəcək. Çempionatın 3 və 4-cü günlərində gənc qızlar arasında qaliblər müəyyənləşəcək.

UNEC kollektivi Cocuq Mərcanlıda

23 İyun 2017 11:42

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə UNEC YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, UNEC kollektivi öncə Ümummilli lider Heydər Əliyevin Horadizdə ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər.

''Günəşli” yatağında iki özül təmir olunur

23 İyun 2017 11:40

SOCAR-ın “Neftqaztikinti” Tresti ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparır. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədi ilə görülən işlərin sifarişçisi “Azneft” İstehsalat Birliyidir.

“Azəravtoyol” ASC təcrübə - sınaq layihəsinə start verdi  

23 İyun 2017 11:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istehsalda xarici komponentlərdən asılılığın azaldılması, bununla da yerli istehsalın stimullaşdırılması, istehsal olunan məhsulların nəinki daxili bazar üçün nəzərdə tutulması, həmçinin ixrac yönümlü olmasına dair verdiyi tövsiyələr və tapşırıqlara əsasən “Azəravtoyol” ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikaları üçün avadanlıqların istehsalına dair təcrübə - sınaq layihəsinin icrasına başlayıb.

Balakən və Zaqatala rayonlarında Şuranın fəaliyyəti və dəstəklədiyi layihələr maraqla qarşılanıb

23 İyun 2017 11:34

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Balakən və Zaqatala rayonlarında yerli QHT-lərin, fəal gənclərin, KİV-lərin, yerli icra strukturlarının, bələdiyyələrin, təhsil işçilərinin və rayon fəallarının iştirakı ilə “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğində QHT-lərin rolu” mövzusunda seminar keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov seminarda geniş məruzə ilə çıxış edib.

Ərəb ölkələrindən 13 tələb - Qətərə 10 gün vaxt verildi

23 İyun 2017 11:25

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Böhranın həlli ilə əlaqədar vasitəçi qismində çıxış edən Küveyt tələbnaməni Qətərə təqdim edib. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də var.

İrəvanın qorxduğu Qarabağ planı işə düşdü: Tramp geri addım atdı, Putin isə Bakı ilə...

23 İyun 2017 11:20

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi. Bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə.