Gündəm
Türkiyədən sərt cavab: Növbəti Aya Sofya QALMAQALI
Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey kimi fəaliyyət göstərən Aya Sofya məbədində keçirilən "Qədr gecəsi"nə Yunanıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən kəskin iradlar bildirilib.
Pakistanda partlayış: 3 nəfər ölüb, 14 nəfər yaralanıb
Pakistanın Kvetta şəhərində partlayış olub. Belucistan əyalətinin Kvette şəhərində törədilən partlayış nəticəsində 14 nəfər yaralanıb.
"Azərbaycanda dövlət qulluqçularının sayı 30 mindən çoxdur"
Bu gün Azərbaycanda dövlət qulluqçularının sayı 30 123 nəfərdir və həmin dövlət qulluğu vəzifələrindən 22 713-ü inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrdir.
Gürcü alim Məhəmməd Füzulidən kitab yazdı
Görkəmli gürcü alimi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Azərbaycanda ilk dəfə nəşr edilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazıb.
Əzizə Cəfərzadə yaradıcılığı monoqrafiyada
Əzizə Cəfərzadənin “Cəlaliyyə”, “Bəla”, “Hun dağı”, “Xoş gördük səyyah”, “Xəzərin göz yaşları” povestləri “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiya tarixilik və müasirlik problemi kontekstində araşdırılıb. AMEA Naxçıvan Bölməsindən “Olaylar” – a bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov tərəfindən yazılan monoqrafiya artıq işıq üzü görüb.
Pantomima Teatrında “Bədbəxtlik”
İyunun 24 – də Azərbaycan Dövlət Pantomima Teatrında premyera olacaq. Teatrdan “Olaylar” – a verilən məlumata əsasən tamaşaçılar bu dəfə Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri izləyə biləcəklər. Səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri iş günləri
Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, "ASAN Kommunal" mərkəzlərində isə 25, 26, 27, 28 iyun qeyri - iş günü olacaq.
Tarixi əsərləri satmaq istədilər
Türkiyənin Muğla əyalətinin Datça bölgəsində qanunsuz qazıntı aparan 3 nəfər saxlanılıb. Tarixi ərazilərdə qanunsuz şəkildə qazıntılar aparan 3 nəfər naməlum şəxs ərazidən 2500 il yaşı olan alətlər tapıblar. Tapdıqları tarixi əsərləri satmaq istəyən şəxslər polislər tərəfindən tutulub.
Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemi Avropa ictimaiyyətinin diqqətinə çatdırılıb
İyunun 21-də BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib. Konfrans Avropa Robert Şuman İnstitutu (IRSE) və “Paris-Ile-de-France” Müdafiə Araşdırmaları Ali İnstitutu (IHEDN) ilə birgə təşkil edilib. Tədbir Bas-Rhin regionunun senatoru və Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti Andre Reişarın himayəsi altında keçirilib. Konfrasa diplomatlar, ictimai-siyasi xadimlər, senatorlar, idmançılar, UNESCO və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 50-dən çox iştirakçı qatılıb. Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilib ki, senator Reişar tədbirin açılışında çıxış edərkən deyib: “Bu gün ona görə əlamətdardır ki, azərbaycanlı köçkünlərə həsr olunan tədbir Fransa Senatında keçirilir.
“Microsoft Office” proqramlar paketində mətnin səslə yığımı üçün “Dictate” genişlənməsi təqdim edilib
“Microsoft Garage” startap inkubatorun məhsulu olan “Dictate” layihəsi “Microsoft Office” proqram təminatında 20-dən çox dildə mətnin səslə yığımı, həmçinin yazılmış mətnin ani olaraq 60 dilə tərcüməsi funksiyasını təqdim edib.
“Facebook” istifadəçilərinin fotoşəkillərinin mühafizəsi gücləndiriləcək
"Facebook" sosial şəbəkəsi istifadəçilərin fotoşəkillərini kopyalamaqdan qorumaq üçün yaradılan yeni funksiyanı sınaqdan keçirir. Müvafiq layihə "Photo Guard" adlanır. "Facebook" rəsmi nümayəndələrinin sözlərinə görə, "Photo Guard" profil fotoşəkilinin mümkün kopyalanmasını 70 faiz azaldır.
“Skype”ın fəaliyyətində qlobal nasazlıq aradan qaldırılıb
“Microsoft” korporasiyasına məxsus “Skype” messencerinin nümayəndələri iyunun 19-da servisin fəaliyyətində baş verən nasazlığın aradan qaldırılmasını açıqlayıblar.
Elastik noutbuk konsepti nümayiş olunub
“Lenovo” şirkəti displeyə zərər vurmadan qurğunu qatlamağa və açmağa imkan verən elastik ekranlı noutbuk konsepti təqdim edib. Lakin burada söhbət mobil kompüter prototipindən getmir, Çin istehsalçısı, sadəcə, belə qurğuların yaradılması ideyası ilə çıxış edir.
Anasından əmdiyi süd gözündən gəldi - VİDEO
Türkiyənin İzmir bölgəsində yaşayan 42 yaşlı Süleyman Bacak qeyri-adi istedadı ilə sosial mediada fenomen olub. Burnuna tökdüyü mayeni (su, süd) gözündən axıdır. İlk dəfə uşaq yaşlarında hovuza girərkən kəşf etdiyi bu xüsusiyyətini təxminən 30 ildir əyləncəyə çevirib.
19 yaşlı oğlandan “Milyonçu” verlişində tarixi uğur
“Milyonçu” layihəsinin Türkiyə versiyası olan “Kim milyoner olmaq istəyir” verilişi ötən axşam rekord hadisə ilə yadda qalıb. 19 yaşlı lise tələbəsi Çağdaş İrfan 250 min lirə dəyərindəki sualı düzgün cavablayaraq 1 milyon lirəlik suala cavab vermək haqqı qazanıb. Lakin tam bu əsnada yarışmanın vaxtı bitib. Tamaşaçılar 1 milyon TL dəyərindəki sualı yeni yayım dövründə görə biləcəklər.














