Əzizə Cəfərzadə yaradıcılığı monoqrafiyada
Əzizə Cəfərzadənin “Cəlaliyyə”, “Bəla”, “Hun dağı”, “Xoş gördük səyyah”, “Xəzərin göz yaşları” povestləri “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiya tarixilik və müasirlik problemi kontekstində araşdırılıb. AMEA Naxçıvan Bölməsindən “Olaylar” – a bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov tərəfindən yazılan monoqrafiya artıq işıq üzü görüb.
23 İyun 2017 10:38 MədəniyyətƏzizə Cəfərzadənin "Cəlaliyyə", "Bəla", "Hun dağı", "Xoş gördük səyyah", "Xəzərin göz yaşları" povestləri "Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı" monoqrafiya tarixilik və müasirlik problemi kontekstində araşdırılıb.
AMEA Naxçıvan Bölməsindən "Olaylar" - a bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov tərəfindən yazılan monoqrafiya artıq işıq üzü görüb.
Tədqiqat əsəri mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.