Tarixi əsərləri satmaq istədilər
Türkiyənin Muğla əyalətinin Datça bölgəsində qanunsuz qazıntı aparan 3 nəfər saxlanılıb. Tarixi ərazilərdə qanunsuz şəkildə qazıntılar aparan 3 nəfər naməlum şəxs ərazidən 2500 il yaşı olan alətlər tapıblar. Tapdıqları tarixi əsərləri satmaq istəyən şəxslər polislər tərəfindən tutulub.
23 İyun 2017 10:08 DünyaTürkiyənin Muğla əyalətinin Datça bölgəsində qanunsuz qazıntı aparan 3 nəfər saxlanılıb. Tarixi ərazilərdə qanunsuz şəkildə qazıntılar aparan 3 nəfər naməlum şəxs ərazidən 2500 il yaşı olan alətlər tapıblar. Tapdıqları tarixi əsərləri satmaq istəyən şəxslər polislər tərəfindən tutulub.
Prokurorluğun göstərişi ilə tarixi əsərlər müsadirə olunaraq aydiyyəti orqanlara təhvil verilib. Ələ keçirilən tarixi əsərlər Marmaris Muzey İdarəsində araşdırıldıqdan sonra 2500 il əvvələ aid olduğu məlum olub. Saxlanılan şəxslər haqqında istintaq başladılıb.