Anasından əmdiyi süd gözündən gəldi - VİDEO

Türkiyənin İzmir bölgəsində yaşayan 42 yaşlı Süleyman Bacak qeyri-adi istedadı ilə sosial mediada fenomen olub. Burnuna tökdüyü mayeni (su, süd) gözündən axıdır. İlk dəfə uşaq yaşlarında hovuza girərkən kəşf etdiyi bu xüsusiyyətini təxminən 30 ildir əyləncəyə çevirib.

Türkiyənin İzmir bölgəsində yaşayan 42 yaşlı Süleyman Bacak qeyri-adi istedadı ilə sosial mediada fenomen olub. Burnuna tökdüyü mayeni (su, süd) gözündən axıdır. İlk dəfə uşaq yaşlarında hovuza girərkən kəşf etdiyi bu xüsusiyyətini təxminən 30 ildir əyləncəyə çevirib. Hərbi xidmətdə olarkən həkimə müraciət edən Süleyman hələ də bunu necə etdiyini bilmir: "Mən bunu uşaq yaşlarımdan edirəm. Təxminən 30 ildir ki, burnumdan aldığım mayeləri öz istəyimlə iki gözümdən axıdıram. Həkimə müraciət etsəm də, heç bir narahatçılığımın olmadığı deyilib. Həkimlər son dərəcə sağlam olduğumu deyir. Şükür, nə gözümdə, nə də başqa bir yerimdə narahatlığım və ya xəstəliyim yoxdur". Həmin görüntülər sosial şəbəkələrdə izləmə rekordu qırıb. Publika.az


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31