Nazir: "Ərəb ölkələri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər"
Qətər Türkiyənin ölkə ətrafındakı böhranın nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir. Bunu Qətərin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani deyib. O qeyd edib ki, rəsmi Ankara ilk gündən ərəb ölkələri ilə Qətər arasında yaranan böhranın həlli üçün dialoqun tərəfdarıdır.
23 İyun 2017 11:51 DünyaQətər Türkiyənin ölkə ətrafındakı böhranın nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir. Bunu Qətərin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani deyib. O qeyd edib ki, rəsmi Ankara ilk gündən ərəb ölkələri ilə Qətər arasında yaranan böhranın həlli üçün dialoqun tərəfdarıdır.
Nazir bildirib ki, Qətər böhranının həlli üçün onun səbəbini bilmək lazımdır: "Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər".
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.