Oqtay Əsədov Moldova prezidenti ilə görüşüb
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonla görüşüb. MM-dən “Oaylar”a verilən məlumata görə, sədr bildirib ki, yüksək səviyyəli bu səfər ölkələr arasında münasibətlərin inkişafına yeni impuls verəcək. Qeyd edilib ki, hələ sovetlər dönəmində xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bugünədək Azərbaycanla Moldova arasında münasibətlərimizin hüquqi bazasını təşkil edən 60-a yaxın dövlətlər və hökumətlər arası sənədlər imzalanmışdır
23 İyun 2017 11:59 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonla görüşüb. MM-dən "Oaylar"a verilən məlumata görə, sədr bildirib ki, yüksək səviyyəli bu səfər ölkələr arasında münasibətlərin inkişafına yeni impuls verəcək. Qeyd edilib ki, hələ sovetlər dönəmində xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bugünədək Azərbaycanla Moldova arasında münasibətlərimizin hüquqi bazasını təşkil edən 60-a yaxın dövlətlər və hökumətlər arası sənədlər imzalanmışdır. Sədr Azərbaycan parlamentində dünyanın 82 ölkəsinin qanunvericilik orqanları ilə əlaqələr üzrə dostluq qruplarının fəaliyyət göstərdiyini deyib: "Moldova ilə bu sahədə əməkdaşlıq üçün də belə bir qrup yaradılmışdır. Biz deputatların qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini önəmli hesab edirik. Təqdirəlayiq haldır ki, beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz prinsipial məsələlərdə eyni mövqedən çıxış edir. Bu gün hər iki ölkənin ərazi bütövlüyü pozulmuş, xalqlarımız oxşar problemlə üzləşmişdir. Biz bu münaqişələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. İnanırıq ki, bu məsələdə Moldova gələcəkdə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəkdir".
Ali qonaq Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirərək, çox az ölkələrin qanunverici orqanlarında belə şəraitin olduğunu deyib. O, siyasi əlaqələrimizin inkişafından söz acaraq, iqtidar partiyaları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.Bildirib ki, Milli Məclisin təcrübəsi onlar üçün çox maraqlıdır. Gələcəkdə deputatların qarşılıqlı səfərləri hər iki tərəf üçün əhəmiyyətli olardı. Bu baxımdan dostluq qrupları arasında əlaqələri dərinləşdirmək vacib məsələlərdəndir. İqor Dodon ümidvar olduğunu bildirib ki, hər iki ölkə tezliklə üzləşdiyi problemlərdən sülh yolu ilə çıxış yolunu tapacaq, xalqlarımız əmin-amanlığa qovuşacaqlar.