Conni Depp Trampı öldürməklə hədələyib
Məşhur amerikalı aktyor Conni Depp ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin ölümü ilə nəticələnə biləcəyini deyib. Böyük Britaniyada Qlastonberi rok-festivalında çıxış edən aktyor ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnun da bir aktyor tərəfindən öldürüldüyünü qeyd edib. C.Depp deyib: “Axırıncı dəfə bir aktyor nə vaxt prezident öldürüb? Məncə artıq bunun vaxtıdır”.
23 İyun 2017 13:09 DünyaMəşhur amerikalı aktyor Conni Depp ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin ölümü ilə nəticələnə biləcəyini deyib. Böyük Britaniyada Qlastonberi rok-festivalında çıxış edən aktyor ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnun da bir aktyor tərəfindən öldürüldüyünü qeyd edib. C.Depp deyib: "Axırıncı dəfə bir aktyor nə vaxt prezident öldürüb? Məncə artıq bunun vaxtıdır".
Qeyd edək ki, ötən il aktyor Robert de Niro da D.Trampın sifətinə yumruq vurmaq istəyini səsləndirmişdi.