Teatr Beynəlxalq Xalq Yaradıcılıq Festivalında iştirak edəcək
Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 27 – dən iyulun 3 - ə qədər Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, beynəlxalq festivalda teatr ölkəmizi Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək. Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.
23 İyun 2017 15:21 Teatr və kinoGənc Tamaşaçılar Teatrının kollektivi iyunun 27 - dən iyulun 3 - ə qədər Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV "Dostluq çələngi" adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrdan "Olaylar" - a bildirilib ki, beynəlxalq festivalda teatr ölkəmizi Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə təmsil edəcək. Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.
Festival Belarus Respublikası Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.