İŞİD sosial şəbəkəni qadağan etdi: "İzlənildiyimizi bilirik!"
İŞİD terror qruplaşması son vaxtlar ard-arda ərazi itirməsini sosial şəbəkələrdə izlənmələrilə əlaqələndirib. İŞİD buna görə də təşkilat üzvlərinə sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Ərəb və ingilis dillərində yayımlanan bəyanatda, təşkilat liderləri sosial şəbəkə üzərindən təşkilata üzv toplayarkən ehtiyatsızlıq ucbatından özlərini ifşa etdiklərini bildiriblər.
23 İyun 2017 17:23 DünyaİŞİD terror qruplaşması son vaxtlar ard-arda ərazi itirməsini sosial şəbəkələrdə izlənmələrilə əlaqələndirib. İŞİD buna görə də təşkilat üzvlərinə sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Ərəb və ingilis dillərində yayımlanan bəyanatda, təşkilat liderləri sosial şəbəkə üzərindən təşkilata üzv toplayarkən ehtiyatsızlıq ucbatından özlərini ifşa etdiklərini bildiriblər.
Bəyanatda bu saytların Allahın düşmənləri tərəfindən icad edildiyi və gecə-gündüz təqib olunduqları qeyd olunub. Publika.az "İndependent" qəzetinə istinadən xəbər verir.