XİN sözçüsü “Formula-1”-in siyasi əhəmiyyətindən danışdı MÜNASİBƏT
“Formula-1” yarışlarının ölkəmizdə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan Respublikası mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətdir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
23 İyun 2017 17:02 Siyasət"Formula-1" yarışlarının ölkəmizdə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan Respublikası mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətdir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, "Formula-1" yarışlarında iştirak edən beynəlxalq kütləvi informasiya vasitələrinin sayı da elə bir daha bu tədbirə beynəlxalq ictimaiyyət tərəfindən verilən əhəmiyyətin göstəricisidir: "Artıq ilkin məlumatlara görə, 400-dən artıq beynəlxalq KİV nümayəndələri bu tədbirdə iştirak edirlər. Bu, ölkəmizdə mətbuat azadlığının ən yüksək səviyyədə təmin olunmasının növbəti nümunəsidir. "Formula-1" yarışlarının nəticəsi də göz önündədir. Bu yarışlar Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da artmasına öz töhfəsini verən vacib tədbirlərdən biridir". Sia.az