3 aydır qırıq ayaqla oynayırmış
Konfederasiyalar Kubokunda Rusiyanı 1-0 məğlub edən Portuqaliya millisinin düşərgəsindən pis xəbər gəlib. Sözügedən matçın 65-ci dəqiqəsində əvəzlənən Rafael Querreironun ayağında qırıq olduğu məlum olub. Ancaq ulduz futbolçunun verdiyi açıqlama hər kəsi təəccübləndirib.
23 İyun 2017 17:55 İdmanKonfederasiyalar Kubokunda Rusiyanı 1-0 məğlub edən Portuqaliya millisinin düşərgəsindən pis xəbər gəlib. Sözügedən matçın 65-ci dəqiqəsində əvəzlənən Rafael Querreironun ayağında qırıq olduğu məlum olub. Ancaq ulduz futbolçunun verdiyi açıqlama hər kəsi təəccübləndirib. Sol cinah müdafiəçisi, üç aydır bu zədədən əziyyət çəkdiyini deyib. "Borussia Dortmund"da forma geyən gənc oyunçunun yaşıl meydana dönməyinin uzun zaman aparacağı deyilir. Milli.az Hürriyet-ə istinadən xəbər verir.