Rusiya NATO-ya hücum edəcək? - Lavrovdan cavab
“NATO ölkələrində Rusiyanın onlara hücum edəcəyinə dair ən kiçik ehtimal ola bilməz”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “ABŞ-da, Almaniyada, Böyük Britaniyada və Şimali Atlantika İttifaqının başqa ölkələrində yüksək hərbi hazırlıq gedir.
23 İyun 2017 17:52 Dünya"NATO ölkələrində Rusiyanın onlara hücum edəcəyinə dair ən kiçik ehtimal ola bilməz". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "ABŞ-da, Almaniyada, Böyük Britaniyada və Şimali Atlantika İttifaqının başqa ölkələrində yüksək hərbi hazırlıq gedir. Amma düşünmürəm ki, NATO ölkələrində Rusiyanın onlara hücum edəcəyinə dair ən kiçik ehtimal var", - xarici siyasət idarəsinin başçısı bildirib. O həmçinin bildirin ki, NATO Rusiya ilə sərhədlərdə öz infrastrukturunu genişləndirmək üçün uydurulmuş bəhanələrdən istifadə edir. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.