Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib

Avtomobili məscidə ibadətə gələnlərin üzərinə sürmək işi ilə əlaqədar saxlanılan 47 yaşlı Darren Osborna qarşı rəsmi şəkildə terror məqsədilə adam öldürmək və öldürməyə cəhd göstərməkdə ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə London polisindən bildiriblər.

"Osborn günün ikinci yarısında Vestminster Cinayət Məhkəməsinə veriləcək", - polisdən vurğulayıblar.

Xatırladaq ki, Londonun şimalında avtomobilin məscid yaxınlığında ibadətdən çıxanların üzərinə sürülməsiylə bağlı insident iyunun 19-da baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31