Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək

Aktrisa Sibel Kekilli ekranlara dönür.  Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya indi türk şirkətlərindən təkliflər var. Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən ssenariləri oxuyub və onlar arasında birini bəyənib. Çəkilişləri sentyabrda başlayacaq serialda baş rollarda aktyorlar Ercan Kesal və Berkay Ateş də oynayacaq.

Xatırladaq ki, aktrisa ən son 2006-cı ildə "Evə dönüş" serialının çəkilişləri üçün Türkiyəyə gəlmiş və uzun müddət orada qalmışdı.

Qeyd edək ki, "Qızıl Ayı" və "Qızıl Portağal" mükafatlarını qazanan S.Kekilli 2004-cü ildə Almaniyanın ən vacib 100 adamı sırasında 33-cü olmuşdu. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31