"Formula-1" sahibinin qızı boşanır: 6 milyard dollarlıq çəkişmə
Beynəlxalq "Formula-1" avtoçempionatına sahiblik hüququnu "Liberty Media" korporasiyasına satmış milyarder Berni Ekklstounun qızı Petra Ekklstoun 6 ildən bəri nikahda olduğu əri Ceyms Stentdən boşanır.
29 İyun 2017 11:13 DünyaBeynəlxalq "Formula-1" avtoçempionatına sahiblik hüququnu "Liberty Media" korporasiyasına satmış milyarder Berni Ekklstounun qızı Petra Ekklstoun 6 ildən bəri nikahda olduğu əri Ceyms Stentdən boşanır. Petra və Ceyms 2011-ci ildə İtaliyada evlənmişdilər. Qədim qəsrdəki toy 12 milyon dollara başa gəlmişdi. Londondakı Mərkəzi Ailə Məhkəməsinə boşanma ərizəsi ilə müraciət etmiş 33 yaşlı Petra Ekklstoun bəyan edib ki, əri onunla çox kobud, qaba və tərbiyəsizcəsinə davranır, spirtli içkilər içir, narkotik maddələr qəbul edir.
P.Ekklstoun 8 milyard dollarlıq varidata malikdir. Bundan başqa, məşkəmə cütlüyün 2011-ci ildə Los-Ancelesdə 182 milyon dollara satın aldıqları malikanənin də taleyi həll olunacaq. Üç övlad atası, 35 yaşlı Ceyms Stant boşanma təzminatı olaraq varidatın yarıya bölünməsini tələb edir. Bundan başqa, o, Londonun Çelsi səmtindəki 130 milyon dollarlıq malikanəni də istəyir. İş adamı, qızıl biznesi ilə məşğul olan Ceyms Stant 3,3 milyard dollarlıq varidat yiyəsidir. Petranın atası Berni və bacısı Tamara da dünən məhkəməyə yollanıblar. Vəkillərin prosesi "6 milyard dollarlıq çəkişmə" adlandırırlar. Milli.Az The Sun-a istinadən xəbər verir.