"Ərimi öldürdülər, pulumu yedilər, qalmışam burada" - 26 yaşlı gəncə ərə gedən 59 yaşlı qadın 

Vətənimə, Şotlandiyaya qayıtmaq istəyirəm. Amma necə qayıdım? Orada nə evim qalıb, nə işim. Qayıtmağa pulum da yoxdur. Nə edəcəyimi bilmirəm. Britaniya vətəndaşı, Şotlandiyanın Edinburq şəhərinin sakini Diana de Zoysa indi Hri-Lankanın cənub-qərbindəki Aunqalla şəhərindədir. O, geri dönmək istəsə də, niyyətini gerçəkləşdirə bilmir.

Vətənimə, Şotlandiyaya qayıtmaq istəyirəm. Amma necə qayıdım? Orada nə evim qalıb, nə işim. Qayıtmağa pulum da yoxdur. Nə edəcəyimi bilmirəm. Britaniya vətəndaşı, Şotlandiyanın Edinburq şəhərinin sakini Diana de Zoysa indi Hri-Lankanın cənub-qərbindəki Aunqalla şəhərindədir. O, geri dönmək istəsə də, niyyətini gerçəkləşdirə bilmir. Diana de Zoysa iki il əvvəl Şri-Lanka vətəndaşı, 26 yaşlı Priyanyana adlı şəxsə ərə getmişdi.

Zoysa bu şəxslə oteldə tanış olmuşdu. Şri-Lankaya istirahətə yollanmış de Zoysanın qaldığı oteldə Priyanyana xidmətçi işləyirdi. Qadına vurulduğunu və onunla evlənmək istədiyini deyən Priyanyana məramının ciddiliyinə 59 yaşlı de Zoysanı inandıra bilib. De Zoysa Edinburqa qayıdandan sonra onlar yazışıblar, sürəkli zəngləşiblər. Sonucda de Zoysa gəncin sözlərinə inanıb və Edinburqdakı evini sataraq Şri-Lankaya yollanıb.

Burada onlar evləniblər, toyları olub. Nikah və toyun bütün xərcini de Zoysa ödəyib.

"Bütün pullarımı ərimə verdim. Çünki sürəkli pul istəyirdi. Mikroavtobus, ev, "tuk-tuk" aldı, taksi alıb işləməyə başladı. Qohumlarım, tanışlarımın hamısı Priyanyananın mənimlə pula görə evləndiyini desələr də, əksini sübut etmək istəyirdim", - 59 yaşlı Diana de Zoysa söyləyib. İki həftə əvvəl Priyanyanı qətlə yetiriblər. Diana de Zoysanın dediyinə görə, iki şəxs onun ərindən sürəkli pul tələb edirmişlər: "Priyanyana onlara bir miqdar pul versə də, onlar yenə istəyiblər. Həmin axşam da ərimi güllələdilər. Ərimin dəfnində onun arvadını gördüm. Sən demə, onun arvadı varmış və bunu məndən gizlədirdi. Məni çölə çıxmağa qoymurdu. Deyirdi ki, küçədə sahibsiz itlər və psixi baxımdan anormal adamlar çoxdur. İndi anlayıram ki, küçəyə çıxanda onun arvadını görə bilərdim. Çünki Priyanyanın ailəsi bizim evdən iki məhəllə cənubda yaşayırdı. Aldandığımı indi anlayıram".

Diana de Zoysanın sözlərinə görə, ərinin qətlindən sonra Priyanyanın ailəsi pulları qaytarmaq istəmirlər və bütün məbləğin xərcləndiyini, pulların Priyanyanaya məxsus olduğunu söyləyirlər. 59 yaşlı şotland qadın Aunqalla şəhərində çarəsiz, pərişan qalıb. O, Britaniyanın Şri-Lankadakı səfirliyinə kömək üçün müraciət edib. Milli.Az The Guardian-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31